Ermənistanın Təl-Əviv-Bakı münasibətlərinə zərbə vurmaq cəhdi

Azərbaycanın beynəlxalq əlaqələr, ikitərəfli əməkdaşlıq müstəvisində əlaqələrinin yüksələn xətlə inkişaf etidyi ölkələrdən biri də İsraildir. Düzdür, zaman-zaman Təl-Əvivlə Bakı arasında əlaqələrə zərbə vurmaq cəhdlərinə əl atılır, iki ölkə arasında ciddi şəkildə ziddiyyətlər yaratmağa çalışılır.

Və İsraildən verilən tutarlı cavab

Azərbaycanın beynəlxalq əlaqələr, ikitərəfli əməkdaşlıq müstəvisində əlaqələrinin yüksələn xətlə inkişaf etidyi ölkələrdən biri də İsraildir. Düzdür, zaman-zaman Təl-Əvivlə Bakı arasında əlaqələrə zərbə vurmaq cəhdlərinə əl atılır, iki ölkə arasında ciddi şəkildə ziddiyyətlər yaratmağa çalışılır. Bu prosesdə isə xüsusilə erməni lobbisi fəallıq nümayiş etdirir. Bir müddət əvvəl İsraildə dərc edilən mətbua orqanlardan birində Azərbaycanla bağlı tənqidi məqalənin dərc edilməsinin də arxasında məhz erməni lobbisi dururdu. Bu günlərdə isə erməni lobbisinin əlinə daha bir şans düşüb. Belə ki, Azərbaycanın Qüds problemi ilə bağlı İstanbulda İstam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirakını Bakının Təl-Əvivə xəyanəti kimi dəyərləndirən ermənilər təxribat xarakterli hərəkətləri ilə iki ölkə arasında münasibətlərə zərbə vurmağa çalılşırlar. Amma müsbət məqam ondan ibarətdir ki, İsraildə erməni təxribatı o qədər də effekt vermir. Xüsusilə, İsrailin rəsmi dairələri, dövlət vö hökumət adamları Bakı ilə əlaqələrə xüsusi diqqət yetirərək bəzi xırda nüansların İsrail-Azərbaycan münasibətlərinə xələl gətirməyəcəyini açıq şəkildə ifadə edirlər. Elə İsrailin müdafiə naziri Aviqdor Liberman da eyni mövqeni ortaya qoyub. İsrailli nazir Azərbaycanla münasibətlərin normal məcrada davam etdiyini və inkişaf mərhələsində olduğunu söyləyib. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, İsrailin müdafiə naziri Aviqdor Libermanın açıqlaması Azərbaycanla İsrail arasında mövcud siyasi, hərbi-texniki əlaqələrin yüksək olduğunu vurğulaması, iki ölkənin strateji yaxınlaşmasından xəbər verir. Politoloqun sözlərinə görə, son dövrlərdə Ermənistan rəhbərliyi Bakı və Təl-Əviv arasında inkişaf edən münasibətlərin korlanması istiqamətində siyasət aparır: "Cənab Libermanın Azərbaycan xüsusilə Qarabağ münaqişəsi barədə açıqlamaları, Yerevanın təxribatçı fəaliyyətinə cavabıdır. Qeyd edim ki, Birləşmiş Ştatlar və Avropada erməni lobbisi və Ermənistan hakimiyyəti İsrailin Azərbaycanla hərbi-texniki əməkdaşlığına son vermək üçün ciddi işlər aparır. Məhz iki ay öncə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri İsrailin Azərbaycan siyasətinin qarşısını almağa hesablanmışdı. Ermənistan hakimiyyəti, Azərbaycanın bu ölkə ilə təhlükəsizlik, terrorizm və müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlığından ciddi əndişə keçirir. Sirr deyil ki, Rusiyanın Ermənistana verdiyi Azərbaycan üçün çəkindirici faktora hesablanmış "İsgəndər-M" taktiki -operativ raket kompleksini, məhz ölkəmizin İsraildən aldığı "Barak" və "Dəmir Günbəz" havadan müdafiə sistemləri vasitəsilə neytrallaşdırıb. Yerevanın bu hərbi demarşını uğursuzluğa düçar edib". Məhəmməd Əsədullazadənin qənaətincə, regionda artan hərbi aqressiya, silahlanma və Ermənistanın təxribatlarına qarşı İsraillə Azərbaycanın birgə havadan müdafiə sisteminin qurmasını labüd edir: "Çünki, Ermənistan siyasi-hərbi hakimiyyəti daima Bakı-Tiflis -Ceyhan əsas neft kəmərini hədəf alacağını qeyd edir. İsrailin neft ehtiyaclarının 40 faizi Bakı-Tbilisi- Ceyhan neftindən asılı olduğunu nəzərə alsaq, bu ölkənin öz enerji maraqları naminə bu boru xəttinin təhlükəsizliyi üçün havadan müdafiə sistemlərinin Azərbaycanla birgə qurmasında heç bir problem olmamalıdır". Politoloq onu da diqqətə çatdırıb ki, Aviqdor Libermanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Qarabağ probleminin həllində Bakının yanında olduqlarını vurğulaması, bir daha Ermənistana və erməni lobbisinə İsrailin mesajdır: "Müdafiə naziri Aviqdor Liberman Azərbaycanın İsraildə əsas lobbiçisidir və ölkəmizə qarşı İsraildə erməni lobbisinə işləyən bəzi mərkəzlərə qarşı sərt mübarizə aparan ən öndə duran rəsmi şəxsdi". Politoloq Qüdslə bağlı məsələdə Azərbaycanın ortaya qoyduğu mövqenin də başadüşülən olduğunu deyib və qeyd edib ki, Azərbaycan hər zaman sözügedən problemin sülh və sabitlik yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Məhəmməd Əsədullazadə qeyd edib ki, bu mövqeyə səbəb olan əsas amillərdən biri də Təl-Əvivlə Bakı arasında yüksək səviyyəli əlaqələrdir6 "Çünki, İsraillə Azərbaycan arasında sıx siyasi-hərbi əlaqələr mövcuddur. İsrail kimi hərbi tərəfdaşımızla bəzi dövlətlərə görə, əlaqələri zəiflətməməliyik. Azərbaycan Qüds məsələlərində indiyə kimi verdiyi qərarlarda Beynəlxalq hüquqa istinad edib. Bundan sonrakı Qüds və Fələstin ətrafında cərəyan edən siyasi proseslər isə, müəyyən dövlətlərin nüfuz uğrunda savaşından irəli gələcək. Azərbaycan üçün isə Qüds problemi arxa plana keçməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31