Yeni təhsil naziri çadraya qarşı çıxıb
Avstriyanın yeni təhsil naziri Heinz Fassmannın çadra ilə bağlı açıqlaması ölkədə yaşayan müsəlmanların sərt reaksiyasına səbəb olub. Təhsil nazirinin sözlərinə görə, din dərsləri və özəl məktəblərdən başqa, müəllimlərin çadra taxmaması lazımdır. Nazirin bu sözlərinə 1912-ci ildən etibarən İslam dinin rəsmi olaraq qəbul edildiyi Avstriyada yaşayan müsəlmanlar sərt reaksiya verib.
26 Dekabr 2017 14:43 DünyaAvstriyanın yeni təhsil naziri Heinz Fassmannın çadra ilə bağlı açıqlaması ölkədə yaşayan müsəlmanların sərt reaksiyasına səbəb olub. Təhsil nazirinin sözlərinə görə, din dərsləri və özəl məktəblərdən başqa, müəllimlərin çadra taxmaması lazımdır. Nazirin bu sözlərinə 1912-ci ildən etibarən İslam dinin rəsmi olaraq qəbul edildiyi Avstriyada yaşayan müsəlmanlar sərt reaksiya verib.
Məlumata görə, Avstriyanın baş naziri Sebastian Kurz XİN rəhbəri olduğu vaxtlarda tez-tez çadra ilə qadağanın qüvvəyə minməsi üçün çalışıb. Bildirilir ki, S. Kurz əsasən də müəllim vəzifəsində çalışanların çadra taxmasına qarşı çıxıb. Belə olduqda ölkədə çadranın qadağan edilməsi ilə bağlı mövzuların gündəmi ciddi şəkildə məşğul edəcəyi gözlənilir. Azadinform.az