Gündəm

“Səyyad mənə sevgi dastanı yazıb” - Nüşabədən ŞOK AÇIQLAMA - FOTO/VİDEO

27 Yanvar 2018 17:57

ARB televiziyasının efirində yayımlanan “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Nüşabə Ələsgərli və Səyyad Əlizadə olub.  Nüşabə Ələsgərli veriliş zamanı Səyyad Əlizadənin onu bəyənməyə-bəyənməyə ona sevgi dastanları yazdığını deyib:

“Gəncliyin səsi” festivalı keçiriləcək

27 Yanvar 2018 17:55

Fevralın 2-6-da Bakıda ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

2 dost məktəbli qızları 10 gündə 150 adama satdı - DƏHŞƏT

27 Yanvar 2018 17:51

Türkiyədə iki dost 4 məktəbli qızı silah gücünə fahişəlik etməyə məcbur edib. İki dost 10 gün ərzində qızları adam başına 200 Tl (təxminən 90 AZN) qarşılığında 150 adama satıblar. Dəstə üzvləri daha çox müştəri toplamaq üçün internet üzərindən elanlar paylaşıblar. Qızların açıq-saçıq şəkillərini müştərilərə göndərən dəstə üzvləri bu yolla qazanc əldə edirblər.

Tibb müəsisələri ilə bağlı vətəndaşlar etiraz edir

27 Yanvar 2018 17:49

2 ili yaxındır ki, əsasən Azərbaycanın bölgələrində həyata keçirilən İcbari tibbi sığorta prosesi Bakıda hələki öz tədbiqini tapmadan artıq paytaxtın bir necə iri dövlət tibb müəssəsinin publik hüquqi şəxsə çevrilməsi öz fəsadlarını verməkdədir.  Bir neçə millyonluq əhalisi olan Bakı kimi şəhərin əsas tibb mərkəzlərində artıq qapıdan içəri girərkən “Biz artıq özəl tibb müəssisəsiyik və bütün müalicələr bizdə pulludur” sözünü eşitdikdən sonra müalicə almağa yer tapmadığı üüün komissiyamıza vətandaşlardan şikayətlər daxil olmaqdadır. Tibbi siğorta məsələsi gözəl praktikadır, amma hal hazırda bu praktika tam işlənib tədbiq olunmadan dövlətin milyonlarla sərmaye qoyduğu bina, avadanlıq, personalla təhciz olunan bir müəssisəsi özəl əllərə verilməsi nəqədər düzgündür?!

Terrorçuların düşərgəsi ələ keçirildi - Türk ordusunun Afrin zəfəri davam edir

27 Yanvar 2018 17:46

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində terrorçuların daha bir düşərgəsini ələ keçirib.  Ali Bekki kəndini nəzarətə götürən ordu Raco bölgəsinin 740-cı nöqtə olaraq tanınan ərazisini də terrorçulardan təmizləyib.

"Gələcəyimiz gələcəyimizdir" yeni müsabiqə

27 Yanvar 2018 17:44

Fevralın 2 - də Yeni Azərbaycan Partiyasının Yasamal Rayon təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə "Gələcəyimiz gələcəyimizdir" adlı sərgi -tədbir keçiriləcək. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Xalq Cümhuriyyəti ilinə həsr olunub.

“Eşqi–Nigar” ın yaradıcı heyəti mükafatlandırıldı

27 Yanvar 2018 17:38

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhərmanı Koroğlu dastanının motivləri əsasında hazırlanmış “Eşqi–Nigar” tamaşasının növbəti premyera olub. Tamaşa Bakı Yunis Əmrə İnstitutu və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq reallaşıb.

İran generalı Türkiyənin ABŞ-la bağlı planını açıqladı

27 Yanvar 2018 17:06

İran generalları Türkiyənin Afrindəki mübarizəsi ilə bağlı fikirlərini açıqlayıb. İran İnqilab Keşikçilərinin qabaqcıl komandirlərindən olan General Əhməd Vahidi Türkiyənin “Zeytun budağı” əməliyyatını haqqında açıqlamasında “Türkiyə apardığı mübarizə ilə ABŞ-ın planlarını pozmağa çalışır” – deyib. Keçmiş müdafiə naziri general Vahidi “Şimali Suriyadakı problemlərin əsas səbəbkarı ABŞ-ın buradakı qeyri-qanuni varlığı və bu ölkəni parçalamağa istiqamətli səyləridir. Əlbəttə, Türkiyə də bölgədə göstərdiyi mübarizədə həssaslıq göstərməli və diqqətli olmalıdır” deyə bilidirib.

Tramp: "Davos mənə 15 yeni dost qazandırdı"

27 Yanvar 2018 17:05

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən ABŞ prezidenti Donald Tramp Avropanın ən böyük şirkətlərinin baş icraçı direktorlarını (CEO) nahara dəvət edib.  Davos formunda nəhəng şirkətlərin CEO-ları ilə bir araya gələn Tramp şirkətlərin ABŞ-dakı fəaliyyətlərini müzakirə edərək dostluq münasibətləri qurmağa çalışıb.

Azərbaycanlı İŞİD-çilərə ağır cəza

27 Yanvar 2018 17:00

Bakı Apelyasiya Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətindən imtina edildiyi elan olunub, apellyasiya icraatına xitam verilib.

Bəhram Bağırzadənin xeyriyyə məqsədilə fərdi sərgisi açılıb

27 Yanvar 2018 13:10

Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art İn Boxes” adlı fərdi sərgi açılıb. Sərgi ilə bağlı fikirlərini  bölüşən B.Bağırzadə deyib: “Bu, mənim ikinci fərdi sərgimdir. Sərgi xeyriyyə məqsədi ilə açılıb. Burada gördüyünüz hər bir iş əl əməyinin bəhrəsidir. Sərgidə əsas mövzu qədim və müasir Bakıdır. İşlərdə şəhərimizin gözəlliyi əks olunub. Bu sərginin yaxın gələcəkdə Avstriya və Belçikada nümayişini planlaşdırırıq”.

“Berlinale” kinofestivalının proqramı açıqlanıb

27 Yanvar 2018 13:07

Almaniyanın paytaxtı Berlində ənənəvi olaraq keçirilən Beynəlxalq Film Festivalının proqramı açıqlanıb. Fevralın 15-dən 25-dək keçiriləcək növbəti Berlin kinofestivalı (“Berlinale”) amerikalı rejissor Stiven Soderberqin “Özündə olmayan” filminin nümayişi ilə açılacaq.