"Gələcəyimiz gələcəyimizdir" yeni müsabiqə
Fevralın 2 - də Yeni Azərbaycan Partiyasının Yasamal Rayon təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə "Gələcəyimiz gələcəyimizdir" adlı sərgi -tədbir keçiriləcək. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Xalq Cümhuriyyəti ilinə həsr olunub.
27 Yanvar 2018 17:44 MədəniyyətFevralın 2 - də Yeni Azərbaycan Partiyasının Yasamal Rayon təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə "Gələcəyimiz gələcəyimizdir" adlı sərgi -tədbir keçiriləcək. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Xalq Cümhuriyyəti ilinə həsr olunub.
Sərginin təşkilatçısı Aygün İsgəndərova, layihənin rəhbəri Elnarə İsgəndərovadır.
Tədbirə təsviri və tədbiqi sənətin bütün növləri üzrə 200-dən çox rəssam, 250-dən çox işi ilə qatılıb.
Qeyd edək ki, iştirakçılar diplomla təltif olunacaqlar. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edir.