İran generalı Türkiyənin ABŞ-la bağlı planını açıqladı
İran generalları Türkiyənin Afrindəki mübarizəsi ilə bağlı fikirlərini açıqlayıb. İran İnqilab Keşikçilərinin qabaqcıl komandirlərindən olan General Əhməd Vahidi Türkiyənin “Zeytun budağı” əməliyyatını haqqında açıqlamasında “Türkiyə apardığı mübarizə ilə ABŞ-ın planlarını pozmağa çalışır” – deyib. Keçmiş müdafiə naziri general Vahidi “Şimali Suriyadakı problemlərin əsas səbəbkarı ABŞ-ın buradakı qeyri-qanuni varlığı və bu ölkəni parçalamağa istiqamətli səyləridir. Əlbəttə, Türkiyə də bölgədə göstərdiyi mübarizədə həssaslıq göstərməli və diqqətli olmalıdır” deyə bilidirib.
27 Yanvar 2018 17:06 Dünyaİran generalları Türkiyənin Afrindəki mübarizəsi ilə bağlı fikirlərini açıqlayıb.
İran İnqilab Keşikçilərinin qabaqcıl komandirlərindən olan General Əhməd Vahidi Türkiyənin "Zeytun budağı" əməliyyatını haqqında açıqlamasında "Türkiyə apardığı mübarizə ilə ABŞ-ın planlarını pozmağa çalışır" - deyib.
Keçmiş müdafiə naziri general Vahidi "Şimali Suriyadakı problemlərin əsas səbəbkarı ABŞ-ın buradakı qeyri-qanuni varlığı və bu ölkəni parçalamağa istiqamətli səyləridir. Əlbəttə, Türkiyə də bölgədə göstərdiyi mübarizədə həssaslıq göstərməli və diqqətli olmalıdır" deyə bilidirib.
Türkiyənin Afrində davam etdirdiyi "Zeytun budağı" əməliyyatı ilə bağlı digər bir açıqlam da İran İnqilab keşikçilərinin komandirlərindən olan Muhsin Rızaidən gəlib. O, "Türkiyə etdiyi hücumlarla ABŞ-ın planlarını pozmağa çalışır" deyə açıqlama verib.
A24.az