Tramp: "Davos mənə 15 yeni dost qazandırdı"

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən ABŞ prezidenti Donald Tramp Avropanın ən böyük şirkətlərinin baş icraçı direktorlarını (CEO) nahara dəvət edib.  Davos formunda nəhəng şirkətlərin CEO-ları ilə bir araya gələn Tramp şirkətlərin ABŞ-dakı fəaliyyətlərini müzakirə edərək dostluq münasibətləri qurmağa çalışıb.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən ABŞ prezidenti Donald Tramp Avropanın ən böyük şirkətlərinin baş icraçı direktorlarını (CEO) nahara dəvət edib.

Davos formunda nəhəng şirkətlərin CEO-ları ilə bir araya gələn Tramp şirkətlərin ABŞ-dakı fəaliyyətlərini müzakirə edərək dostluq münasibətləri qurmağa çalışıb.

Belə ki, prezident "Adidas", "Nestle SA", "Nokia", "AB Volvo" və digər 15 şirkətin rəhbərlərinin qatıldıqları naharda İsveçrənin AGG korporasiyasının "GE Solutions"-un bir hissəsini 2,6 milyard dollara satın almasını müzakirə edib.

Nahardan sonra prezident Tramp öz təəssüratlarını tvitter səhifəsində bölüşüb. O bildirib ki, Avropanın ən nəhəng 15 şirkət rəhbəri artıq onun yaxın dostlarıdır.

Donald Trampın Davosda nahara dəvət etdiyi CEO-ların siyahısı:

1. Punit Renjen - Deloitte

2. Martin Lundstedt - AB Volvo

3. Verner Baumann - Bayer AG

4. Bill MakDermott - SAP SE

5. Ulrix Spayshoffer - ABB Ltd

6. Kasper Rorsted - Adidas

7. Coi Kayzer - Siemens AG

8. Henrix Haysinger - Thyssenkrupp AG

9. Eldar Saetre - Statoil ASA

10. Mark Şnayder - Nestle SA

11. Vas Narasimhan, Novartis AG

12. Mark Taker - HSBC

13. Patrik Puyen - Total SA

14. Carlos Brito - Anheuser-Busch InBev NV

15. Raciv Suri - Nokia Corporation

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31