Gündəm
Günel və İbrahim Tatlısəs barışdı
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova bir müddət küsülü olduğu İbrahim Tatlısəslə barışıb. Tatlısəslə görüşən Günel sənətçinin onu məşhurlaşdırdığı illərə qayıtdığını bildirib: “Həyatda mənə həyatı başa salam Atam! Yenidən həyata başladan insan.
Yaponlar Bayıl uğrunda mübarizəyə başlayırlar
Dünən Yaponiyanın seysmoloji xidmətinin nümayəndələri baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Azərbaycan Nazirlər Kabinetinin iclasında iştirak ediblər. Hökumətin iclası Bakının Bayıl yamacında faciəvi sürüşmə prosesinə həsr edilmişdi. Yaponlardan başqa hökumətin iclasında Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, seysmologiya sahəsində məşhur mütəxəssislər iştirak ediblər.
37 uşaq qripdən öldü
Birləşmiş Ştatlarda bütün ölkə ərazisini əhatə edən qrip epidemiyasından artıq 37 uşaq dünyasını dəyişib. Bu barədə Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzlərin rəhbəri Brend Fitsceralda istinadən "The Hill" qəzeti yazıb.
Azərbaycan prezidenti Əfqanıstan prezidentinə başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib. Prezident İlham ƏliyevƏfqanıstan prezidentinə ünvanlanan məktubunda bildirib ki, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərlənib.
447 terrorçu məhv edildi - "Zeytun budağı" əməliyyatında
"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir. "Şənbə günü Suriyanın Afrin rayonunda "Zeytun budağı" əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub, daha 11-i isə yaralanıb", deyə bəyanatda bildirilir.
BMT-nin baş katibi Kabildəki terror aktını qınadı
PKK tərəfdarlarının aksiyasının qarşısı alındı- Almaniyada
Almaniyanın Köln şəhərində polis PKK tərəfdarlarının aksiyasının qarşısını alıb. Aksiyanın dağıdılması zamanı iki nəfər saxlanılıb. Polisin məlumatına görə, aksiya iştirakçıları, xəbərdarlığa məhəl qoymayaraq, PKK bayraqları və terror təşkilatının lideri Abdulla Öcalanın portretlərini qaldırıblar.
Eyfel qülləsinin işıqları söndürüldü
Alimlər unikal ünsiyyət vasitəsi KƏŞF ETDİ
Alimlər bütün bəşəriyyətin bir-birini başa düşəcəyi yeni, universal ünsiyyət vasitəsi kəşf ediblər. Harvard universitetindən olan bir qrup amerikalı alimlər müxtəlif dünya dillərinin mövcudluğunu bir kənara qoyub, insanların bir-birini daha yaxşı başa düşəcəyi ünsiyyət vasitəsitapıblar. Onlar iddia edir ki, bəşəriyyət üçün ünsiyyətin ən universal variantı musiqidir.
Fatimədən Xatunun onu döyməsi xəbərinə açıqlama
Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyeva tərəfindən döyülməsi xəbərləri ilə bağlı açıqlama verib. Rəqqasə belə bir hadisənin baş vermədiyini, menecerinin açıqlamasının yanlış yazıldığını bildirib: “Telefonuma dünən zəng gəldi. Verilişə gecikdiyimdən dedim ki, işçim cavab verəcək. O da deyib ki, “Fatimə xanım bu haqda danışmaq istəmir. Söhbəti öz aralarında bağlayıblar”.
"Narkotik çəkirdim və özümə nifrət edirdim" - Samirdən gözlənilməz etiraflar
Müğənni Samir Bağırov "V element" verilişindəki açıqlamaları ilə hər kəsi təəccübləndirib. Sənətçi hər kəsdən uzaqlaşmasında tək özünün günahkar olduğunu deyib: "Tək qalmağımda heç kim günahkar deyil. Şou-biznesdə dostluq yoxdur. Güvənə bildiyim tək qadın anamdır". Samir "Bəs niyə Amerikaya ananızın və bacınızın yanına getmədiniz" sualına belə cavab verib. O bildirib ki, narkotik maddə aludəçisi olub:
Maliyyə Nazirliyindən yoxlama: Mənimsəmə aşkarlandı - Siyahı
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatı açıqlayıb. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.
Metroda bunu etmək QADAĞANDIR!
Avtobuslarda, dayanacaqlarda dilənçilik edən insanları görməyə öyrəşsək də, metroda bu kimi hallarla rastlaşmağa alışmamışıq. Lakin son günlərdə, metro stansiyaların ətrafında, bəzən də qatarlarda insanların dilənçilik etdiyinin şahidi oluruq. Onların arasında xüsusilə azyaşlı uşaqlar diqqət çəkir. Bəs görəsən qanunla metropolitendə bu kimi hallara yol verilirmi?
Putinin keçmiş məsləhətçisi niyə öldü? - FTB təfərrüatları AÇIQLADI
Federal Təhqiqatlar Bürosu (FTB) Rusiyanın keçmiş mətbuat naziri, “Russia Today” kanalının banisi, prezident Mixail Lesinin qətlinin araşdırılması haqqında işdən bəzi faylları elan edib. Bu haqda “Azadlıq” radiosu bildirib. Qeyd edilir ki, hər şey bədbəxt hadisəni göstərir.
İŞİD bu dəfə İranda
İranın qərbində İslam İnqilabının Keşikçilər Korpusunun Quru Qoşunları ilə İŞİD terror qruplaşmasının üzvləri arasında atışma baş verib. Bu barədə İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidməti məlumat yayıb.














