Putinin keçmiş məsləhətçisi niyə öldü? - FTB təfərrüatları AÇIQLADI
Federal Təhqiqatlar Bürosu (FTB) Rusiyanın keçmiş mətbuat naziri, “Russia Today” kanalının banisi, prezident Mixail Lesinin qətlinin araşdırılması haqqında işdən bəzi faylları elan edib. Bu haqda “Azadlıq” radiosu bildirib. Qeyd edilir ki, hər şey bədbəxt hadisəni göstərir.
27 Yanvar 2018 19:10 DünyaFederal Təhqiqatlar Bürosu (FTB) Rusiyanın keçmiş mətbuat naziri, "Russia Today" kanalının banisi, prezident Mixail Lesinin qətlinin araşdırılması haqqında işdən bəzi faylları elan edib.
Bu haqda "Azadlıq" radiosu bildirib.
Qeyd edilir ki, hər şey bədbəxt hadisəni göstərir.
"Yanvarın 26-da da ABŞ-ın hüquq-mühafizə agentliyi tərəfindən açılmış 56 səhifəlik fayl özündə Lesinin bədəninin tibbi və toksikoloji analizinin redaktə edilmiş surətlərini əhəmiyyətli dərəcədə saxlayır. Faylda həmçinin son günlər yaşadığı mehmanxananın müşahidə kameralarından götürülmüş məhkəmə-tibbi ekspertizasının materialları yer alıb", - xəbərdə deyilir.
Göstərilir ki, FTB-nin müstəntiqləri onlarla saat müşahidə kameralarından götürülən videomaterialları yoxlayıblar.
Qeyd edilir ki, Vaşintondakı "Dupont Circle" mehmanxanasının kameralarından biri 4 noyabr 2015-ci il səhər saat 10:48-də Lesinin başının arxa hissəsinin kifayət qədər dəqiq təsvirini qeydə alıb. Təxminən bundan 25 saat sonra onun cəsədi mehmanxana nömrəsində tapılıb.
Publika.az