Gündəm
"Qırmızı kitab"a düşən quşları ovlayanlar tutuldu
Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb. Məlumata görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.
Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı
Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur. Məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib.
Yəməndə gərginlik artır: Baş nazirdən atəşkəs çağırışı
Yəmən Nazirlər Kabineti Ədəndə separatçıların hakimiyyət çevrilişi cəhdini təsdiqləyib. Ölkə baş naziri artıq genişmiqyaslı hərbi toqquşmların başvermə riskinin artdığını bildirib. Separatçılardan döyüşlərin dayandırılması tələb edilib.
Türkiyədə avtobuslar toqquşdu: Ölənlər var
Türkiyədə dəhşətli avtobus qəzası baş verib. Bursada mikroavtobusla suriyalı işçiləri daşıyan avtobus toqquşub. Hadisə zamanı azı 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Əkizlər ərə gedir: "Toyumuz Azərbaycanda olmayacaq"
Əkiz bacılar Sevil və Sevinc Səfərovaların son günlər barmağında üzüklə dolaşması söz-söhbətə səbəb olub. Müğənnilər “Lider maqazin”ə açıqlamasında nişanlamaları ilə bağlı sualları cavablandırıblar. “Ərə getsək də, getməsək də heç kim bilməyəcək.
Cocuq Mərcanlının telekommunikasiya infrastrukturu genişləndirilib
Cocuq Mərcanlı kəndində tikilmiş yeni evlər stasionar telefon xidməti ilə təmin olunub. Bunu Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. Onun sözlərinə görə, telefon rabitəsi yaxın zamanlarda evlərdə işə salınacaq. Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatdırılıb.
Cənubi Kiprdə prezident seçkilər keçirilir
Bu gün Cənubi Kiprdə prezident seçkiləri keçirilir. Seçkilərin ilk turunda qalib gəlmək üçün namizədin 50 faizdən çox səs toplaması lazımdır. Əks halda prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda ilk turda ən çox səs toplamış iki namizəd yarışacaq və ən çox səs toplayan namizəd prezident seçiləcək.
Ələ keçən terrorçu yalvarıb ağladı: "Məni türk əsgərinə təslim edin" – VİDEO
Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatında yaxalanan terrorçu türk əsgərlərinə təslim edilmək üçün ağlayıb. Ələ keçən terrorçunun görüntüləri sosial mediada yayımlanıb.
Putinin qızını boşayan Şamalovun sərvəti əlindən alındı
Rusiya prezidenti Vladimir Putinin rəqqasə və iş qadını olan qızı Katerina Tikhonova əri Kiril Şamalovdan ayrılıb. Cütlüyün boşanmasına səbəb Şamalovun prezidentin qızına xəyanət etməsi olub. Belə ki, onun bir müddət öncə Böyük Britaniyada yaşayan rus əsilli Zxanna Volkova ilə münasibətlərinin olduğu ortaya çıxmışdı. Prezident qızı ilə ailə qurduqdan sonra sıfırdan 1,3 milyard dollarlıq sərvətin sahibi olan Şamalovun ötən ilin aprel ayında boşandıqdan sonra “Sibur” qaz və neftkimya şirkətindəki 4,3 faiz hissəsindən imtina etməyə məcbur edildiyi iddia edilib.
İŞİD SEPAH-a hücum etdi - 3 əsgəri öldürdü
İŞİD terror təşkilatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 3 əsgərini öldürüb. Bu barədə SEPAH-ın Quru Qoşunları Komandanı general Məhəmməd Pakpur məlumat yayıb.
İnternetdə tanış olduğu qadın kişinin başına oyun açdı – Cinayət
Bakının Yasamal rayonunda internetdə tanış olduğu qadın kişinin başına oyun açıb. Yanvarın 25-də axşam saatlarında Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis İdarəsi 27-ci polis bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.
“Şokolad” filmi beynəlxalq festivalda
İranlı rejissor Mehdi Heydərinin çəkdiyi “Şokolad” filmi İtalıyanın Palermo şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq. Əslən Azərbaycanlı olan gənc rejissor M.Heydərinin qısametrajlı “Şokolad” filmi 7 yaşındakı uşaqla 80 yaşındakı qadın arasındakı hekayədən bəhs edir.
Ermənistan vətəndaşları sərhəddə ələ keçdi
Ukraynadan Slovakiyaya qanunsuz keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb. Karpatda sərhədçilər Ermənistan vətəndaşları olan iki kişi və qadını saxlayıblar. Onların bələdçinin köməyi ilə Ukrayna-Slovakiya sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşib.
İki uşaq anası bıçaqla özünə xəsarət yetirdi
Yanvarın 27-i axşam saat 19:30 radələrində Oğuz rayonu Calut kənd sakini 1993-cü il təvəllüdlü Xəyalə Həbiz qızı İsmayılova qarnının ön səthinin kəsilmiş-cırılmış yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Müayinə zamanı iki uşaq anası olan Xəyalə İsmayılovanın ailə münaqişəsi zəminində bıçaqla özünə xəsarət yetirməsi məlum olub.
Yenidən prezident seçildi
Şənbə günü Çexiyada keçirilən prezident seçkilərinin II turunun ilkin nəticələrinə görə, Miloş Zeman yenidən ölkə rəhbəri seçilib. Çexiya Statistika İdarəsi tərəfindən səslərin 86,86 faizinin hesablanmasından sonra Zeman seçicilərin 52,94 faizinin səsini toplayıb.














