“Şokolad” filmi beynəlxalq festivalda
İranlı rejissor Mehdi Heydərinin çəkdiyi “Şokolad” filmi İtalıyanın Palermo şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq. Əslən Azərbaycanlı olan gənc rejissor M.Heydərinin qısametrajlı “Şokolad” filmi 7 yaşındakı uşaqla 80 yaşındakı qadın arasındakı hekayədən bəhs edir.
28 Yanvar 2018 10:52 Dünyaİranlı rejissor Mehdi Heydərinin çəkdiyi "Şokolad" filmi İtalıyanın Palermo şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq.
Əslən Azərbaycanlı olan gənc rejissor M.Heydərinin qısametrajlı "Şokolad" filmi 7 yaşındakı uşaqla 80 yaşındakı qadın arasındakı hekayədən bəhs edir.
İranın Qərbi Azərbaycan vilayətində çəkilən film Azərbaycan dilində nümayiş olunacaq. Kadrın altında isə subtitrlə italyan dilində tərcüməsi yazılacaq.
Bu film ötən il Rusiyada keçirilən "Zero" beynəlxalq film festivalında da nümayiş olunub və "Ən yaxşı qısa film" mükafatına layiq görülüb.