Gündəm
Kiprdə prezident seçkilərinin lideri məlum oldu
Kiprin hazırkı prezidenti, DİSİ (“Demokratik toplantı”) sağçı partiyasının namizədi Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderliyi ələ keçirib. Bülletenlərin 50,4 faizi üzrə seçicilərin 35,75 faizi Nikos Anastasiadisə etimad göstərib. İkinci yerdə 29,34 faiz səslə AKEL solçular partiyasının nümayəndəsi Stavros Malas qərarlaşıb. Üçüncü pillədə DİKO (mərkəzçi Demokrat partiyası) nümayəndəsi Nikolas Papadopulos yer alıb. Onu seçicilərin 26 faizi dəstəkləyib.
Hərbi Akademiyada TERROR
Əfqanıstanın paytaxtı Kabildə ötən gün 95 nəfərin ölümü ilə nəticələnən partlayışın ardından daha bir insident baş verib. Bir qrup silahlı şəxs paytaxt Kabildə yerləşən Marşal Fahim adına Milli Hərbi Universitetə hücum edib. Hazırda atışma davam edir. Yerli mətbuatda ərazi yaxınlığında partlayış səslərinin eşidildiyi bildirilir.
Dayədən 8 aylıq uşağa qarşı VƏHŞİLİK - Başını yastığa sıxaraq... - FOTO/VİDEO
Dayənin 8 aylıq uşağa qarşı etdiyi amansız qəddarlıq evə yerləşdirilmiş kameraya düşüb. Rusiyanın Başqırdıstan vilayətində Sterlitamake şəhərində Alan adlı 8 aylıq uşağa qarşı vəhşiliyin görüntüləri yayılıb.
Gecə klubunda atışma: Ölənlər var
25 yaşlı qızın başını kəsdilər, cəsədi "BMW"də gizlətdilər - TÜKÜRPƏDƏN CİNAYƏT
ABŞ-ın Oreqon ştatında dəhşətli cinayət hadisəsi baş verib. Amerikalı model Sara Jqulun (Sara Zghoul) cəsədi “BMW” markalı maşının yük yerindən tapılıb. Hadisə yanvarın 25-də olsa da, polislər bundan iki gün sonra xəbər tutub.
"Moyka"da ATIŞMA: 5 ölü, 1 yaralı
ABŞ-ın Pensilvaniya ştatında avtomobil yuma məntəqəsində atışma olub. Hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Supermarketdə işləyən 17 yaşlı qızdan şok fırıldaq - BAKIDA QƏRİBƏ
Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb. Xətai rayonu ərazisində yerləşən "Meqastore" mağazasına məxsus ofisdən polisə oğurluq faktı ilə bağlı müraciət daxil olub.
Hindistandan tarixi addım: Fələstinə səfər
Hindistanın Baş naziri Narendra Modi fevralın 9-da Yaxın Şərq ölkələrinə səfər edəcək. Bu barədə informasiyanı Hindistan Xarici İşlər Nazirliyi yayıb. Modinin ilk olaraq Fələstinə səfər edəcəyi bildirilib. Bundan sonra onun Birləşmiş Ərəb Əmirlikləri və Omana gələcəyi vurğulanıb. Modinin səfərinin fevralın 12-də başa çatacağı bildirilib.
Tarkanın anası niyə ağladı?
Tarkanın 1972-ci ildə Almaniyanın Alzey qəsəbəsində dünyaya gəldiyi tarixi ev satışa çıxarılmışdı. Tarkanın anası Neşe Tevetoğlu oğlunun doğulub böyüdüyü evi sonuncu dəfə görmək istəyib.
MEKSİKADA QƏTLİAM: 8 nəfər güllələndi
Burseya dağı terrorçulardan təmizləndi
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən və strateji əhəmiyyət daşayan Burseya dağını PKK terrorçularından təmizləyib. Bu barədə “Anadolu” agentliyi məlumat verib. Qeyd edək ki, bir neçə saat əvvəl Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağında ağır hərbi toqquşmalar başlayıb. Türkiyə Silahlı Qüvvələri və müxalif “Azad Suriya Ordusu” (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb.
Xarici İşlər Naziri əsgərlik fotosunu yaydı
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu əsgərlik fotosunu sosial şəbəkədə paylaşıb. Nazir bu addımı Afrindəki türk hərbçilərinə dəstək məqsədilə atıb.
Bakıda gecə klubunun qarşısında qadını döydülər
Bakıda qadına qarşı xuliqanlıq əməli törədilib. Şərur rayon sakini, 1988-ci il təvəllüdlü Arzu Quliyeva polisə müraciət edərək bildirib ki, gecə saatlarında Xəqani küçəsində yerləşən “Troya” gecə klubunun qarşısında döyülüb.
Nazir Türkiyəyə buraxılmadı
Göyərtəsində Yunanıstanın Müdafiə naziri Panos Kammenosun da olduğu hərbi gəmi Türkiyə sularına buraxılmayıb. Yunan gəmisi Kardak adasına əklil qoymaq üçün Türkiyə sularına daxil olmaq istəyib. Türkiyə tərəfinin xəbərdarlığından sonra Yunanıstana məxsus hərbi gəmi türk sularını tərk edib.
Məşhur milyarder vəfat etdi
İsveçdən olan məşhur milyarder İnqvar Kamprad vəfat edib. Bu barədə informasiyanı rəhbəri olduğu İKEA şirkətinin mətbuat xidməti yayıb. Kamprad 92 yaşında dünyasını dəyişib.














