Cocuq Mərcanlının telekommunikasiya infrastrukturu genişləndirilib

Cocuq Mərcanlı kəndində tikilmiş yeni evlər stasionar telefon xidməti ilə təmin olunub. Bunu  Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. Onun sözlərinə görə, telefon rabitəsi yaxın zamanlarda evlərdə işə salınacaq. Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatdırılıb.

Cocuq Mərcanlı kəndində tikilmiş yeni evlər stasionar telefon xidməti ilə təmin olunub. Bunu  Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

Onun sözlərinə görə, telefon rabitəsi yaxın zamanlarda evlərdə işə salınacaq.

Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatdırılıb.

K.Həsənov bildirib ki, kənddə internet və mobil rabitə xidmətləri də təşkil edilib.

Qeyd edək ki, Cocuq Mərcanlıda kabel-kanalizasiya qurğuları, lokal şəbəkə infrastrukturu yaradılıb, ATS işə salınıb. Kənd ərazisində 10 kilometrə yaxın optik xətt çəkilib. Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31