Gündəm

Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayıldı - VİDEO​​​​​​​

27 Yanvar 2018 13:04

"Bakının mərkəzində baş vermiş partlayışdan sonra, bu gün səhər 08:50-də 1961-ci il təvəllüdlü Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib". Bunu jurnalistlərə açıqlamasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.

DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın əməkdaşları tutuldu - FOTO/VİDEO

27 Yanvar 2018 13:02

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyat keçirib. DTX-dan  verilən məlumata görə, Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilmiş və çoxsaylı cinayət faktları qeydə alınıb.

Ruslar sevinir -  "ABŞ Türkiyəni itirdi"  

27 Yanvar 2018 12:49

Rus mütəxəssislər: ABŞ atdığı addımlarla 70 ildir tanıdığı Türkiyəni itirdi. Rus mütəxəssislər Türkiyənin Afrindəki terrorçulara qarşı təşkil etdiyi “Zeytun budağı” hərəkatını paytaxt Moskvada RİA Novosti tərəfindən təşkil edilən yığıncaqda müzakirə edib. Moskva mərkəzli Yaxın Şərq və Şərqşünaslıq Tədqiqatları İnstitutundan Amur Hacıyev Rusiyanın terror təşkilatı PKK ilə əlaqəli Türkiyənin narahatlıqlarını anladığını vurğulayıb.

Gürcü gəncləri bizi təhqir etdilər: Sizdə təhsil dollar, bizdə kitabdır - FOTOFAKT

27 Yanvar 2018 12:47

Sosial şəbəkələrdən birində gürcüstanlı gənc karikatistlər Azərbaycana qarşı hörmətsizlik ediblər. Onların rişxənd etdikləri məsələ təhsil sistemimizlə bağlıdır. Gürcüstanın təhsil sistemi ilə müqaisə edilən şəkildə “Azərbaycan təhsili və dollar”, “Gürcü təhsili dəqiq və humanitar elmlər” nüasnlarına diqqət çəkilib. Qeyd edək ki, şəkil sossial mediada da kifayət qədər müzakirəyə səbəb olub.

General Mədət Quliyevin oğlundan qeyri-adi paylaşım - Hər kəs təəccüb etdi - FOTO

27 Yanvar 2018 12:45

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyevin oğlu Murad Qulubəyli sosial şəbəkə ünvanında maraqlı paylaşım edib.  O, Buddizmin müqəddəslik simvolu olan Buddanın heykəlini paylaşıb.

Dünya səviyyəsində axtarılan AZƏRBAYCANLI insan alverçiləri-FOTOLAR  

27 Yanvar 2018 12:25

2017-ci ilin yekunu üzrə insan alveri cinayət əməllərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin foto şəkillərini yayımlanıb. Bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi məlumat verib.

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

27 Yanvar 2018 12:21

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

İlham Əliyev Koreya Respublikasının Prezidentinə başsağlığı verdi

27 Yanvar 2018 12:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib. Dövlətimizin başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

Bakıda ŞOK OLAY: İnternetdə tanış olduğu qadınla evə gəldi və...

27 Yanvar 2018 12:17

Bakıda maskalı şəxslər evə basqın edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

Zərrabın qaldığı yer ORTAYA ÇIXDI

27 Yanvar 2018 12:15

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın saxlanıldığı yer bəlli olub.  Zərrabın Nyu-York şəhəri yaxınlığında yerləşən “Vestçester” həbsxanasında saxlanıldığı ortaya çıxıb.

Bakının mərkəzində DƏHŞƏTLİ partlayış: Ölənlər var, FHN hadisə yerində... - FOTO

27 Yanvar 2018 09:48

Yanvarın 27-də paytaxtın “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib. Bu barədə hadisə şahidləri məlumat veriblər. Partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Obamanın 12 il əvvəlki GİZLİ GÖRÜŞÜNÜN FOTOSU yayıldı

27 Yanvar 2018 09:43

ABŞ-ın sabiq prezidenti Barak Obamanın İslam radikallarının lideri ilə fotosu yayıldı. Gizli görüşlərdən birində çəkildiyi iddia edilən foto Cim Gereyt adlı şəxsin (jimgeraghty) "Tvitter" hesabından paylaşılıb.

19 yaşlı Aygün tualetdə DOĞDUĞU KÖRPƏSİNİ ÖLDÜRDÜ

27 Yanvar 2018 09:41

Xəstəxananın tualetində dünyaya gətirdiyi uşağı öldürən qadının həbsdən buraxılması Türkiyəni bir-birinə qatıb.  Türkiyənin Zonquldak adlanan bölgəsinin Çaycuma rayonunda yaşayan 19 yaşlı A.Aygün Çaycuma Dövlət Xəstəxanasının təcili yardım şöbəsinin tualetində doğuş edib. Nikahdan kənar hamilə qalan gənc qadın uşağı həkimlərdən xəbərsiz dünyaya gətirib, sonra hadisə yerindən uzaqlaşmaq istəyib.