Obamanın 12 il əvvəlki GİZLİ GÖRÜŞÜNÜN FOTOSU yayıldı
ABŞ-ın sabiq prezidenti Barak Obamanın İslam radikallarının lideri ilə fotosu yayıldı. Gizli görüşlərdən birində çəkildiyi iddia edilən foto Cim Gereyt adlı şəxsin (jimgeraghty) "Tvitter" hesabından paylaşılıb.
27 Yanvar 2018 09:43 DünyaABŞ-ın sabiq prezidenti Barak Obamanın İslam radikallarının lideri ilə fotosu yayıldı.
Gizli görüşlərdən birində çəkildiyi iddia edilən foto Cim Gereyt adlı şəxsin (jimgeraghty) "Tvitter" hesabından paylaşılıb.
Şəkilin 2005-ci ildə çəkildiyi qeyd edilib. Fotoda ABŞ-ın sabiq prezidenti Barak Obamanın "İslam Milləti" radikal təşkilatının lideri Luis Farraxanla səmimi şəkildə poz verdiyi görülür. Sözügedən təşkilat isə tez-tez irqçilikdə və antisemitizmdə ittiham edilirdi.
Fotonun müəllifi Askiey Məhəmməd adlı fotoqrafdır. Fotoqraf çəkdiyi fotonu Barak Obamanın siyasi karyerasına təhlükə yaratmamaq üçün yayımlamamışdı.

Publika.az