Ruslar sevinir - "ABŞ Türkiyəni itirdi"
Rus mütəxəssislər: ABŞ atdığı addımlarla 70 ildir tanıdığı Türkiyəni itirdi. Rus mütəxəssislər Türkiyənin Afrindəki terrorçulara qarşı təşkil etdiyi “Zeytun budağı” hərəkatını paytaxt Moskvada RİA Novosti tərəfindən təşkil edilən yığıncaqda müzakirə edib. Moskva mərkəzli Yaxın Şərq və Şərqşünaslıq Tədqiqatları İnstitutundan Amur Hacıyev Rusiyanın terror təşkilatı PKK ilə əlaqəli Türkiyənin narahatlıqlarını anladığını vurğulayıb.
27 Yanvar 2018 12:49 DünyaRus mütəxəssislər: ABŞ atdığı addımlarla 70 ildir tanıdığı Türkiyəni itirdi.
Rus mütəxəssislər Türkiyənin Afrindəki terrorçulara qarşı təşkil etdiyi "Zeytun budağı" hərəkatını paytaxt Moskvada RİA Novosti tərəfindən təşkil edilən yığıncaqda müzakirə edib.
Moskva mərkəzli Yaxın Şərq və Şərqşünaslıq Tədqiqatları İnstitutundan Amur Hacıyev Rusiyanın terror təşkilatı PKK ilə əlaqəli Türkiyənin narahatlıqlarını anladığını vurğulayıb.
"Bu səbəbdən Rus əsgərləri Afrindən çəkildi və Suriya Beynəlxalq Konqresinə Kürd Beynəlxalq Şurası ilə əlaqəli kürd siyasətçilər dəvət edildi."
"ABŞ Türkiyənin etibarını dəfələrlə sarsıtdı"
Orta şərq və Şərqşünaslıq Tədqiqatları İnstitutundan bir başqa mütəxəssis Konstantin Truyevtsev isə ABŞ-ın atdığı addımlarla Marşal planından bu yana 70 il tanıdığı Türkiyəni "itirdiyini" söyləyib.
"ABŞ-ın Türkiyənin etibarını dəfələrlə sarsıdaraq, üzərindəki təsirini itirdiyini ifadə edən Truyevtsev, "Buna baxmayaraq ABŞ ən radikal kürd qüvvələri ilə əlaqələrini gücləndirməyə çalışır. Türkiyə əgər hərəkatı Münbiçə doğru davam etdirsə, ABŞ ilə birbaşa qarşı-qarşıya gələcək. ABŞ bu nöqtədə imic itkisi yaşaya və qarşılığında Türkiyənin düşmənlərinə daha çox silah yardımı edə bilər ki, bu vəziyyət əlaqələri daha da pis hala gətirər. "
A24.az