“Eşqi–Nigar” ın yaradıcı heyəti mükafatlandırıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhərmanı Koroğlu dastanının motivləri əsasında hazırlanmış “Eşqi–Nigar” tamaşasının növbəti premyera olub. Tamaşa Bakı Yunis Əmrə İnstitutu və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq reallaşıb.
27 Yanvar 2018 17:38 Teatr və kinoAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhərmanı Koroğlu dastanının motivləri əsasında hazırlanmış "Eşqi-Nigar" tamaşasının növbəti premyera olub.
Tamaşa Bakı Yunis Əmrə İnstitutu və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq reallaşıb.
Bakı Yunis Əmrə İnstitutunun yeni rəhbərliyinin, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə böyük anşlaqla keçən tamaşada əsas obrazları teatrın aktyorları Manaf Dadaşov, Zülfiyyə Alhüseynova, İlham Əsədov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Vahid Orucoğlu, Anar Seyfullayev, Anar Səfiyev, Ramil Məmmədov və Elgün Yəhyayev ifa edirlər.
Tamaşanın səhnələşdirməsi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, plastik həll Ceyhun Dadaşova məxsusdur.
Böyük maraqla və gurultulu alqışlarla seyr olunan tamaşadan sonra Yunis Əmrə İnstitutunun, "E Media Group"un və Gənc Tamaşaçılar Teatrının təsis etdiyi diplomlar tamaşanın yaradıcı heyətinə təqdim edildi.