Gündəm

Türk ordusu ilə bağlı bu yalanlar... - Bozdağ

29 Yanvar 2018 18:35

“Türklər kürdləri öldürür”, “sivilləri vurur” şəklində xəbərlər dərc olunur. Bunların hamısı yalandır. Türkiyə kürd qardaşlarımızın da dövlətidir. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ danışıb. 

Dövlət Gömrük Komitəsi əməkdaşları təltif edilib - SİYAHI

29 Yanvar 2018 18:31

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Qurbanov onları milliyə çağırmamaqla düz edir”

29 Yanvar 2018 18:30

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov gənc futbolçuları Bəxtiyar Həsənəlizadə ilə Amil Yunanovun milli komandaya çağırılmamalarına münasibətini bildirib. Gənc mütəxəssis açıqlamasında yığmamızın yeni baş məşqçisi Qurban Qurbanovun qərarını haqlı sayıb: "Düz eləyirlər çağırmırlar. Vaxtı çatanda, layiq olanda, dəvət ediləcəklər. Amildə hücumçu olaraq çox şey çatmır. Bunu bugünkü yoxlama oyunumuzda gördünüz. Ancaq Yunanov hər şeyin qaydasında olması üçün çalışır. Bu cür işləməyə davam etsə, inşallah, milliyə də düşəcək".

“Windows” sistemli smartfon fərdi kompüterə çevrilib

29 Yanvar 2018 18:30

Yanvarın əvvəlində "Windows" smartfonlarında "Windows RT" əməliyyat sistemini istifadəyə verən tərtibatçılar bu dəfə böyük irəliləyişə nail olublar. Belə ki, hazırda əməliyyat sistemi "Lumia 640 XL" smartfon modelində stabil və sürətli işləməyə başlayıb. Sensor idarəetmə və çoxfunksiyalılıq dəstəklənir ki, bu da qurğudan tam kompüter kimi istifadəyə imkan verir.

Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndələri geri çağırılıb

29 Yanvar 2018 18:27

Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında İş Proqramı təsdiq edilib

29 Yanvar 2018 18:14

Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018–2020-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Nərimanov rayonunda radikalizmə qarşı mübarizə mövzusunda seminar-müşavirə keçirilib

29 Yanvar 2018 18:13

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-a Dini Komitədən bildirilib ki, seminar-müşavirəni giriş sözü ilə açan Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, keçirilən tədbir gənclərin maarifləndirilməsi baxımından önəmlidir.

Azad Rəhimov vətəndaşları qəbul edəcək

29 Yanvar 2018 18:11

Gənclər və idman naziri Azad Rəhimov yanvarın 31-də Şirvanda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki,  qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Şirvan Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman   idarələri ilə əlaqə saxlamalıdırlar.

Almaniyada 44 ton şokolad oğurlandı

29 Yanvar 2018 18:03

Almaniyanın Frayburq şəhərində naməlum şəxslər içərisində ümumilikdə 44 ton şokoladın olduğu iki yük maşınını qaçırıblar. Məlumata görə, yük maşınları sənaye zonasından qaçırılıb. 

Qarabağda hazırlanan spirtli içki Ermənistan məhsulu kimi Moskvada satışa çıxarılıb

29 Yanvar 2018 18:01

Ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində istehsal etdikləri spirtli içkini "Artsax tutovıy" adı altında Rusiya bazarına çıxarıblar.  Məlumata görə, paytaxtın "Aşan", "Lenta" və bir sıra böyük mağazalar şəbəkələrində satışa çıxarılan məhsulun istehsalçısı kimi Ermənistanın "Artsax Brandy Company" Açıq Səhmdar Cəmiyyəti göstərilib. Məhsulun istehsal olunduğu yerin ünvanı isə "Ermənistan Respublikası, Ayqestan" göstərilib.

"Neymar Messiyə görə PSJ-yə keçdi" - Alves əsl SƏBƏBİ AÇDI

29 Yanvar 2018 17:56

Məşhur braziliyalı futbolçu Deni Alves ötən mövsüm “Barselona”dan PSJ-yə transfer edilən Neymar haqqında FİFA.com saytına müsahibə verib. Alves PSJ forması ilə 23 matçda 24 qol vurub, 16 məhsuldar ötürmə edən Neymarın bu komandaya keçid səbəblərini açıqlayıb. O bildirib ki, Neymar Messinin kölgəsindən çıxmaq üçün “Barselona”nı tərk edib. Bu transfer onun dünyanın ən yaxşı futbolçusu olmasına təkan verib.

Çində təyyarə qəzası

29 Yanvar 2018 17:54

Çinin cənubunda Quyçjou vilayətində hərbi təyyarə qəzaya uğrayıb. Məlumata görə, bu barədə ilk məlumat sosial şəbəkədə yayılıb. Daha sonra təyyarənin Çin Hərbi Hava Qüvvələrinə məxsus olması barədə məlumat yayılıb.

Fransada nazirin istefası tələb olunur - Zorlamaya görə

29 Yanvar 2018 17:50

Fransanın müxalif “Respublikaçılar” partiyası ölkənin dövlət xidmətləri və dövlət büdcəsi naziri Jerald Darmanenin istefasını tələb edib. Məlumata görə, bu, nazirin cinsi zorakılıqda ittiham olunması ilə əlaqədardır.

İlham Əliyevdən mühüm mesaj

29 Yanvar 2018 17:48

Dünən Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlik və komitə rəhbərləri, millət vəkilləri və iş adamları iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və ətraflı çıxış edib.

Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir

29 Yanvar 2018 17:44

ABŞ Suriyanı Fərat çayının şərqindən bölmək istəyir. Məlumata görə, bunu İranın ali lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti BMT-nin İraqdakı təmsilçisi Yan Kubişlə görüşündən sonra mətbuat konfransında deyib.