Gündəm

Dünyada “Chrome OS” sistemi ilə işləyən ilk planşet hazırlanıb

29 Yanvar 2018 19:54

Londonda keçirilən “BETT 2018”  sərgisinin ziyarətçilərindən biri əvvəllər yalnız noutbuklara quraşdırılan “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk  planşetin təsvirini dərc edib.

Dünyanın ən bahalı ətri satılıb - 200 min avro

29 Yanvar 2018 19:49

İtaliyanın “Bulgari” şirkətinin “Opera Prima” ətri 200 min avroya satılıb. Məlumata görə, dünyanın ən bahalı ətrinin flakonunun hazırlanmasında qızıl və qiymətli daşlardan (brilyant, ametist, sitrin) istifadə olunub. Ətrin alıcısının adı açıqlanmayıb.

Hər gün yediyimiz bu qidalar sağlamlığa ziyandı

29 Yanvar 2018 19:38

Qidalanma insan orqanizminin sağlamlığı üçün olduqca əhəmiyyətli bir nüansdır.  Düzgün qidalanmamaq və sağlıqsız qidalardan istifadə etmək bir çox problemlərə gətirib çıxara bilər. Sağlamlıq baxımından ən zərərli qidaların siyahısını sizə təqdim edirik. 

Hər beş iş yerindən birini robotlar tutacaq

29 Yanvar 2018 19:33

2030-cu ilə qədər Böyük Britaniyada hər beşinci iş yeri (21 faiz) robotlar tərəfindən tutulacaq. “Centre for Cities” tədqiqat institutunun məlumatına əsasən, əmək bazarındakı bu dəyişikliklər ən çox İngiltərənin şimalında yaşayan əhaliyə təsir edəcək. Interfax informasiya agentliyi xəbər verir ki, avtomatlaşdırmadan əsasən sifarişçi və müştərilərlə çalışan, həmçinin mağaza və anbarlarda işləyən insanlara zərər dəyəcək. Lakin robotlaşdırma prosesləri nəticəsində yeni peşələr də meydana çıxacaq. Tədqiqatda hazırda mövcud olan peşələrin 10 faizinə tələbatın daha da artacağı vurğulanır.

Siqaret çəkən valideynlər uşaqlarının ölümünə səbəb olur!

29 Yanvar 2018 19:27

“European Heart” jurnalının apardığı araşdırmanın nəticəsinə görə, uşaq yaşlarında siqaret tüstüsünə məruz qalan azyaşlıların arteriya damarlarının aldığı ciddi fəsadlar böyüyəndə infarkt və iflic keçirmə riskini artırır.

DİQQƏT: Mədədəki köpü azaldan 7 qida

29 Yanvar 2018 19:23

İnsanların çoxu qarnının hər zaman şiş görünüşündən şikayət edir və bundan narahat olur, özünü diskomfort hiss edir. Lakin qidalanmanızda bəzi meyvə və tərəvəzlərə yer versəniz, mədədəki köpü azalda bilərsiniz.

İmmun sistemi necə işləyir?

29 Yanvar 2018 19:17

İnsanın immun sistemi xeyli dərəcədə öyrənilməsinə baxmayaraq, onun bir çox sirləri hələ də dəqiqliklə öyrənilməmişdir. Bu, kifayət qədər mürəkkəb və çoxpilləli sistem bizi müxtəlif mikrobların, infeksiyaların, göbələklərin, parazitlərin (qurdların) və s. patogen faktorların təsirindən qoruyur. İnsanla paralel mövcud olan bu patogen mühit, vaxt keçdikcə insana qarşı daha çox aqqressivləşir, mutasiyalara uğrayır, insana hücum etməyin yeni-yeni yollarını tapır.

Siqaret külü və kibritin heç bilmədiyiniz faydaları

29 Yanvar 2018 19:11

Sizi narahat edən şeyləri ən asan yollarla həll etməklə həyatınızı asanlaşdıra bilərsiniz. Hıçqırıq tutduğu zaman 15 saniyə ərzində nəfəsinizi tutub, sonra 3 dəfə udqunun. Qısa müddət ərzində hıçqırığınız kəsiləcək.

Bunu bilirdiniz?- Əl sıxmağın maraqlı tarixi...

29 Yanvar 2018 19:05

Əl sıxmaq kimi salamlaşmaq jesti əvvəllər təhlükəsizliyi təmin edən bir jest olub. Qədim insanlar bir- biriləri ilə salamlaşanda ovuclarını göstərərək əllərində silah gizlətmədiklərini nümayiş etdirirdilər.

Arqan yağının möcüzəvi faydaları

29 Yanvar 2018 19:00

Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.   Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur.

Qurğuların blokdan çıxarılması üçün yeni üsul hazırlanıb

29 Yanvar 2018 18:54

“Samsung” şirkəti yeni istifadəçi biometrik autentifikasiya metoduna görə patent hüququ almaq üçün müraciət edib.

“Microsoft” korporasiyası “Windows Phone” əməliyyat sisteminin fəaliyyətini dayandırdı

29 Yanvar 2018 18:49

“Windows Insider” proqramının baş meneceri Brendon Leblan bildirib ki, korporasiya “Windows 10 Mobile” sisteminin sınaq versiyalarını çıxarmağı planlaşdırmır. Bu o deməkdir ki, sözügedən əməliyyat sistemi daha yenilənməyəcək.

“Google” milyonlarla smartfonu təhlükəli virusa yoluxdurub

29 Yanvar 2018 18:44

“Google” şirkətinin buraxdığı səhv “DressCode” virusuna “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dörd milyonadək mobil qurğunu yoluxdurmağa imkan verib. Zərərli proqram kodu indiyədək işləyərək istifadəçilər üçün narahatlıq törədir. Bu barədə “GitHub” portalına anonim haker bildirib.

İnsan emosiyalarını müəyyənləşdirən texnologiya təqdim edilib- VİDEO

29 Yanvar 2018 18:39

Yaponiyanın “Panasonic” korporasiyası tərəfindən təqdim edilmiş texnologiya müşahidə olunan insanların emosional vəziyyətini məsafədən müəyyənləşdirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxsin sifətini təhlil edən qurğu onun emosional və qismən fiziki vəziyyətini dəqiq qiymətləndirə bilir: məsələn, qurğu insanın hirsli olması, yaxud üzülməsini müəyyənləşdirə bilir.