Gündəm
Məşhur aktrisadan BMT-yə ÇAĞIRIŞ
Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən atdı
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Dənizdən həbsə hazırlaşan Serenə məsləhət: "Yaşıl və boz geyinmə"
Gülben Ergen əleyhinə işlətdiyi qeyri-etik ifadələrə görə 3 günlük həbs cəzasına məhkum edilən aparıcı-müğənni Seren Serengil həbsxana həyatına hazırlaşır. Serengil həmkarı Deniz Sekidən həbsxana həyatı ilə bağlı məsləhətlər aldığını deyib:
Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ
Qaranlıqdan, yüksək səsdən, heyvanlardan, həşəratlardan, hətta insanlardan da qorxan bir çox uşaq tanıyırıq. Bu qorxuların miqdarı həddi keçməzsə, müsbət hal sayılıb, hətta onların üzləşəcəyi xətərlərin qarşısını almaqda gözəl amillərdən sayılır. Deməli, uşaqlarda məntiqi olmayan, həddi aşan qorxularla mübarizə aparmaq lazımdır. Uşaqlarda qorxu hissi 1-3 yaşlarından etibarən yaranmağa başlayır. Bu qorxular valideyndən ayrılma qorxusu, yüksək səslər (göy gurultusu, tozsoran və s.), tanımadığı insanlarla qarşılaşmaq və sair kimi səbəblərdən yaranır.
Prezident: "Bu il 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək"
Bu il 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək. Bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Almatı yaxınlığında zəlzələ baş verib
Qazaxıstanın Almaatı şəhərindən 55 km şərqdə 5.1 maqnituda gücündə zəlzələ baş verib. Bu barədə respublikanın Təhsil Nazirliyinin Elm Komitəsinin Seysmoloji elmi-təcrübi ekspedisiya xidmətinin məlumatında bildirilir.
Elxan Əhədzadə anıldı
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq Artisti, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin anadan olmasının 70 illiyinə həsr edilmiş bədii gecə keçirilib. Əvvəlcə böyük sənətkarın həyat və yaradıcılığından, maraqlı ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tanınmış müğənni zəhərləndi
Terrorçulara məxsus 44 hədəf vuruldu
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabat açıqlanıb. "Zeytun Budağı" əməliyyatı zamanı bu günədək 597 terrorçu məhv edilib.
Küçənin ortasında gənc qıza qarşı ZORAKILIQ - VİDEO
FTB-nin direktor müavini istefa verdi
Federal Təhqiqatlar Bürosunun direktor müavini Endryu Makkeyb istefa verib. Bu barədə NBC telekanalı məlumat verib. E. Makkeyb ötən ilin may-avqust aylarında FTB direktorunun səlahiyyətlərini icra edib. İstefanın səbəbləri hələ ki, açıqlanmır.
Xalça Muzeyindən məktəblilər üçün xüsusi proqram
Azərbaycan Xalça Muzeyi azyaşlı məktəblilər üçün qış tətili günlərində xüsusi proqramla çıxış edəcək. Yanvarın 30-da reallaşacaq proqram məktəblilərin asudə vaxtlarını maraqlı və səmərəli keçirmək məqsədi daşıyır. İkigünlük proqram çərçivəsində uşaqlar üçün ustad dərsləri də təşkil olunacaq. Ustad dərslərində məktəblilərə “Aplikasiya əl işləri”, “Dekorativ bəzək əşyası”nın hazırlanması, “Hərəkət edən şəkillər”in çəkilməsi, “Gülməli papaqlar”ın hazırlanması, “Nöqtələrlə qar dənəciklərinin işlənməsi”, “İslimi, haçalı islimi və buta ornamentlərinin boşqab üzərində çəkilməsi” işləri öyrədiləcək. Bundan başqa, “Öz zövqünlə bəzə”, xovsuz xalça növü “Şəddənin toxuma texnolgiyası”nın öyrədilməsi mövzularında müzakirələr aparılacaq.
Dünyanın ən nadir zümrüdü
Hərbi təyyarə qəzaya uğradı
“Google Play” mağazasında yükləmələr üzrə yeni rekord qeydə alınıb
"App Annie" tədqiqat firması 2017-ci ilin dördüncü rübündə "Google Play" və "Apple App Store" mobil proqram mağazalarının vəziyyəti üzrə statistika dərc edib. Məlumatlara əsasən, "Google" yüklənmiş proqramların sayına görə yeni dünya rekorduna imza atıb. Lakin "iOS" istifadəçiləri əvvəlki kimi daha çox pul xərcləməyə hazırdırlar.














