Siqaret çəkən valideynlər uşaqlarının ölümünə səbəb olur!
“European Heart” jurnalının apardığı araşdırmanın nəticəsinə görə, uşaq yaşlarında siqaret tüstüsünə məruz qalan azyaşlıların arteriya damarlarının aldığı ciddi fəsadlar böyüyəndə infarkt və iflic keçirmə riskini artırır.
29 Yanvar 2018 19:27 Sosial"European Heart" jurnalının apardığı araşdırmanın nəticəsinə görə, uşaq yaşlarında siqaret tüstüsünə məruz qalan azyaşlıların arteriya damarlarının aldığı ciddi fəsadlar böyüyəndə infarkt və iflic keçirmə riskini artırır.
Belə ki, passiv siqaret istifadəçisi olmaq uşaqların damarlarında qalınlaşmaya səbəb olur. 3 və 18 yaş arası 2 mindən çox uşağın iştirak etdiyi araşdırma zamanı uşaqlardakı bu fəsadların hər iki valideynin uşağın yanında siqaret çəkdiyi halda baş verdiyi ortaya çıxarılıb.
Avstraliya və Finlandiyada aparılan araşdırma uşaq yaşlarda məruz qalınan siqaret dumanının azyaşlılarda arteriya damarlarında ciddi fəsadlar törətdiyini və bu fəsadların yalnız ultrasəs müayinəsi zamanı görüldüyünü müəyyən edib. Bu uşaqların şah damarlarında qalınlaşma müşahidə olunur və yetkinləşmə zamanı bu qalınlaşma daha yüksək həddə çataraq, təhlükəli xarakter alır. Sia.az