İlham Əliyevdən mühüm mesaj

Dünən Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlik və komitə rəhbərləri, millət vəkilləri və iş adamları iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və ətraflı çıxış edib.

"Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı"nın icrasına başlanılacaq"

Dünən Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlik və komitə rəhbərləri, millət vəkilləri və iş adamları iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və ətraflı çıxış edib. Dövlət başçısı 2004-cü ildən etibarən ölkədə mərhələli şəkildə həyata keçirilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətindən, ölkəmiz üçün yaratdığı imkanlardan, iqtisadiyyatın, xsusilə də qeyri-neft sektorunun inkişafına verdiyi faydalardan danışıb. Dövlət başçısı deyib ki, Dövlət Proqramını qəbul etməkdə əsas məqsəd həm ölkənin inkişafına nail olmaq, həm də xalqın həyat səviyyəsini yaxşılaşdırmaq idi: "Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib. "Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı"nın icrasına başlanılacaq".

Dövlət başçısı bildirib ki, bu proqramların həyata keçirilməsi regionların inkişafında dönüş yaradıb: "2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitlik təmin edilib, bunun da mənbəyində xalqın iradəsi, xalq-iqtidar birliyi durur. Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir".

Prezident onu da deyib ki, xalqın həyat səviyyəsini yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əsas məqsəd dövlətin qüdrətini artırmaq və müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir". Dövlət başçısı bildirib ki, son 14 ildə  ölkəmizdə demoqrafik proseslər sürətlə gedib: "Ötən 14 ildə əhalimiz 1,5 milyon nəfər artıb. Bu dövrdə maaş və pensiyalar dəfələrlə artırılıb, önəmli sosial layihələr icra olunub. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb. "ASAN Xidmət" mərkəzlərinin yaradılması ictimai xidmətlər sırasında bir inqilaba çevrilib".

Prezident İlham Əliyev bildirib ki, kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin uzunmüddətli və uğurlu inkişafını şərtləndirir: "Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihədir. Bakı-Tbilisi-Ceyhanneft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri  böyük əhəmiyyət kəsb edir. Bütün bu layihələr ölkəmizin uzunmüddətli inkişafına şərait yaradıb.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan prezident İlham Əliyevqeyd edib ki, əsas məqsəd dövlətin qüdrətinin artırılması və müstəqilliyin möhkəmləndirilməsidir. Dövlət başçısı bildirib ki, son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib: "Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300  km yol çəkilib. Bu il bu rəqəm 15 min km-ə çatdırılacaq. Bundan əlavə, ölkədə 7 aeroport, Ələt Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu inşa olunub". Prezident deyib ki, son 14 ildə valyuta ehtiyatlarımız da kifayət qədər artıb: "Son 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb: "Bütün bunlar ölkəmizə siyasi, iqtisadi müstəqillik verib. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmaye qoyulub". 

Prezident bildirib ki, Dövlət Proqramının icrası müddətində əhalinin kommunal problemlərinin həlli, qaz. elektrik və su təchizatının yaxşılaşdırılması istiqamətində də kifayət qədər müsbət addımlar atılıb. Dövlət başçısı bu istiqamətdə təbdirlərin bundan sonra da davam etdirilməli olduğunu söyləyib: "Qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətləri ilə təminat sahəsində işlərin davam etdirilməsi vacibdir". Dövlət başçısı bildirib ki, bu il yeni torpaq sahələri suvarılacaq, avtomobil yolları çəkiləcək: "6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman kompleksi tikiləcək. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olacaq. Yeni iş yerlərinin açılmasının daimi proses olması vacibdir. Özünüməşğulluq, həmçinin ailə biznesinə "Asan dəstək", "Abad proqramı" əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, həm də ölkədə dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı işlər görülür".

Prezident İlham Əliyev bildirib ki, bu il 3 "ASAN Xidmət" mərkəzi, xalça fabrikləri açılacaq, yeni sənaye müəssisələri fəaliyyətə başlayacaq: "Turizmin, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac məhsulları üçün yeni bazarların tapılması və ixracdan asılılığın azaldılması istiqamətində tədbirlər görülməlidir. Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti sabitdir. Ölkədə gedən islahatlar uğurlu nəticələr verir. Ölkədə yürüdülən siyasət xalqın maraqlarına xidmət edir, dövlətimizi daha da gücləndirir".

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı "Nəqşicahan Holdinq" şirkətlər qrupunun "Duzdağ Müalicəvi İstirahət Mərkəzi"nin direktoru Novruz Novruzov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı "Aqro-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış ediblər. Dövlət başçısı konfransda yekun nitqi söyləyib.

Daha sonra konfrans nazirlik və komitə rəhbərləri və Iş adamlarının iştirakı ilə davam edib. Konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, nazirlik pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər. Onun sözlərinə görə, hazırda ixracın artırılması üçün kompleks tədbirlər görülür: "İxracın inkişafı üçün yüksək keyfiyyətli məhsulların istehsal edilməsi vacibdir. Riqada artıq Ticarət Palatası fəaliyyətə başlayıb və buraya pomidor ixrac edilir".

Nazir qeyd edib ki, hazırda Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi istiqamətində də işlər aparılır: "Pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər". Şahin Mustafayev onu da bildirib ki, bu gün Azərbaycan şərabçıları istehsal etdikləri şərabları sata bilmirlər. Onun sözlərinə görə, bu gün Azərbaycandakı şərab zavodları öz potensialı ilə işləmir: "Hətta bəzi şərab zavodları fəaliyyətini dayandırıb. Buna başlıca səbəb isə əsasən şüşə qabların, şüşə qablaşma istehsalı müəssisələrinin olmamasıdır. Şərab istehsalçıları şüşə qablar problemini həll etmək üçün xaricdən şüşə idxal etməli olurlar. Bu da xarici valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb olur". Nazir deyib ki, şərabçılıqda maya dəyərində şüşə qabının məsələsinin təsiri böyükdür: "Bu məsələdə əsas olan marketinqdir. Bu məsələdə dövlət və şirkətlər müştərək işləməlidirlər. Ötən il Azərbaycanda şərab istehsalı 2 dəfə aşağı düşüb. Ancaq buna baxmayaraq ixrac artıb. Bazarlara çıxışı təmin etməklə xərcləri azaltmaq mümkün olacaq". Nazir bildirib ki, bu ilin sonuna qədər "Azərşüşə" MMC-ə tikilərək istifadəyə verilməlidir: "İnanıram ki, bu zavodun da fəaliyyətə başlaması problemin həllinə nail olmasına yardımçı olacaq". Şahin Mustafayev onu da bildirib ki, 2018-ci ildə sahibkarlara 170 milyon manat kreditin verilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi çərçivəsində 2017-ci ildə 1953 sahibkara ümumi dəyəri 636 mln. manat olan geri qaytarılan kreditlər hesabına 146 mln. manat güzəştli kredit verilib. "Bunun 68 faizi aqrar sektora, 32 faizi digər sahələrin inkişafına, o cümlədən 65 faizi regionların payına düşüb. Tütünçülüyə 1,6 mln. manat, 2600 hektar zeytun və 500 hektar badam yağlarının salınmasına, illik istehsal gücü 3,7 min ton olan zeytun yağı istehsal zavodunun tikintinə 10 milyon manat güzəştli kredit verilib. Bu il isə ən azı 170 milyon manat veriləcək. Ötən il investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib, bu layihələr nəticəsində yerli istehsalata 2 milyard manatdan artıq investisiya yatırılır. Hesabat dövründə 16 minədək yeni iş yeri yaradılıb, layihələrin 87 faizi regionların payına düşüb. 29,7 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracına 3 milyon manata yaxın ixrac təşviqinin yönəldilməsinə dair qərar qəbul edilib". Ş. Mustafayev qeyd edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunun tətbiqindən ötən dövrdə vergi yoxlamaları istisna olmaqla cəmi 153, o cümlədən 2017-ci ildə 83 yoxlama keçirilib: "Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 26 ay ərzində 125 mindən çox olub. Görülən işlər nəticəsində ötən il 221 min yeni iş yeri yaradılıb. Qeyri-neft sektoru ötən il 2,7 faiz, qeyri-neft məhsullarının ixracı isə 24,4 faiz artıb".

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə deyib ki, son illər aqrar sektorun qarşısında çox ciddi və həllini gözləyən məsələlər durub. Nazirin sözlərinə görə, bu gün kənd təsərrüfatının texnika ilə təminatında heç bir çətinlik yoxdur: "Bunun üçün kifayət qədər vəsait ayrılıb və bu il də ayrılacaq. Subsidiya mexanizmi tamamilə avtomatlaşdırılıb. İstənilən adam sayta girərək kimə nə qədər subsidiya verildiyini də öyrənə bilər. Növbəti ilin problemlərindən biri toxumçuluq və tingçilik təsərrüfatlarının yaradılmasıdır. Bu il tərəvəzçilik institutunun tərkibində böyük toxumçuluq sahəsi yaradılacaq. Bu sahə 9 bitki növü üzrə 6-7 ay sonra öz istehsalına başlayacaq. Demək olar ki, artıq 9 tərəvəz bitkisi üzrə toxumu öz ölkəmizdə istehsal edəcəyik. Bildiyiniz kimi, Qubada meyvə institutumuz var. Bundan 1-2 ay sonra isə Qubada tingçilik təsərrüfatlarının yaradılmasına başlanacaq. Ötən il toxumun alınması üçün laboratoriya avadanlıqlarına 700 min dollardan artıq vəsait ayrılıb. Növbəti ildən bu institut əksər meyvə tingləri üzrə öz istehsalını təşkil edəcək. Bu ilin sonuna, gələn ilin əvvəlinə bu sahədə ciddi dönüş gərəcəksiniz".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31