Gündəm
DİM-dən imtahan XƏBƏRDARLIĞI
ABŞ Çinə görə 5G sistemi yaradır
ABŞ Prezidenti Donald Trampın administrasiyasının milli təhlükəsizlik üzrə ekspertləri Çin təhdidindən müdafiə olunmaq üçün 5G milli müdafiə şəbəkəsi yaratmağı müzakirə edirlər.
ABŞ-ın bizə milyardlıq yardımı yalandır – Pakistan
ABŞ-ın Pakistana terrorizmə qarşı mübarizə üçün çoxmilyardlıq yardım etməsi haqqında bəyanatı həqiqətə uyğun deyil. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Pakistanın Rusiyadakı səfiri Qazi Xəlilullah söyləyib.
Moldova yığmasının oyunçusu "Səbail"də
"Səbail" futbol klubu Moldova yığmasının oyunçusunu heyətinə cəlb edib. 24 yaşlı, kreativ yarımmüdafiəçi Yegeniy Koçuk mövsümüun sonuna kimi Bakı komandasında çıxış edəcək.
Nardaran sakini tüfəngi polisə təhvil verib
Nardaran qəsəbə sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Abasəli Əbdülov nömrəsi silinmiş “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Quldurluq edən Bakı sakinləri saxlanıblar
Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanıblar. DİN-dən “Olaylar”a veriln məlumata görə, yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb.
Avtomobil qaçıran şəxs saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova “Jeep-Compas” markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.
Polis əməliyyat keçirdi - silah sursat götürülüb
Yanvarın 27-28-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Seleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş “AK-74” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
Səməd Seyidov Azərbaycan nümayəndə heyətinin AŞ PA-da iştirakının yekunları barədə
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası Azərbaycan xarici siyasəti baxımından səmərəli keçdi. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Yeni kriptovalyuta gəlir - Rupi
İndoneziya Bankı bu il sınaq rejimində rəqəmsal rupi buraxmaq niyyətindədir. Məlumata görə, bank rəsmiləri bu pulun kriptovalyutalara analoq ola biləcəyini deyib.
Tacikistana “halal” olmayan ət məhsullarının idxalı qadağan edildi
Tacikistanın hökumət orqanları halal olmayan ət məhsullarının ölkəyə gətirilməsini qadağan edib. Bu tələb Dövlət Baytarlıq Xidməti tərəfindən bütün ət məhsulları təchizatçılarına qarşı irəli sürülüb. İndi xarici təchizatçılar Tacikistana yalnız "halal" akkreditasiyalı məhsul gətirə biləcəklər. Belə sənəd verməmişdən əvvəl tacik ekspertlər şəxsən müəssisələrə səfər edəcək və istehsal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyini yoxlayacaqlar.
Sərkisyan və Njde: erməni faşizminin Avropaya ixracı başlayır
Ötən ilin mayında İrəvanda Ermənistan hakimiyyəti tərəfindən faşist Garegin Njdeyə qoyulmuş abidə ətrafında ictimai etirazların davam etdiyi bir vaxtda bu dəfə Bolqarıstanda “ümumerməni ideoloquna” abidə qoyulmasına hazırlıq getdiyi məlum olub. virtualaz.org xəbər verir ki, Njdeyə abidə qoymağa hazırlaşan Bolqarıstandan olan erməni biznesmen Karen Aleksanyandır.
Kreml: Navalnı Putin üçün təhdid deyil
Kreml Aleksey Navalnıya təhdid kimi baxmır. Ona görə ki, Rusiya Prezidenti Vladimir Putin siyasi olimpin lideridir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Afrin əməliyyatı: ordu bu əraziləri azad etdi
10 gündür davam edən Afrin əməliyyatı çərçivəsində Burseya dağı, Bülbül bölgəsində Şengal, Zəhran, Bali, Kurni, Hay Oğlu, Həftar, Ursa, Kürdo kəndləri, Racu bölgəsində Ədamanlı, Əli Bekki, Bilalkənd, Ömər Uşağı, Mamel Uşağı, 740-cı təpə, Şeyx Hədid bölgəsində Şeyx Hədid təpəsi, Qara Mitlaq, Cinderes bölgəsində Hammam kəndi və Mersides təpəsi terrorçulardan təmizlənib.
Azərbaycan ATƏT PA ilə siyasi dialoqu yüksək qiymətləndirir
Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir. Məlumata görə, bu barədə bir müddət əvvəl Vyanada qurumun Daimi Şurasında ATƏT PA-nın prezidenti Georgi Sereteli tərəfindən səsləndirilən şərhə cavab olaraq Azərbaycanın ATƏT-dəki missiyasının bəyanatında deyilir.














