Gündəm
Bayıldakı sürüşmə nəticəsində 4 ev dağıldı, xəsarət alan yoxdur
Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb. Bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib. O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb”.
Müsavat prezident seçkilərində iştirak etməyəcək
Müsavat Partiyası aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib. Qərar Müsavat Partiyasının bu gün keçirilən növbədənkənar sessiyasında qəbul edilib.
Qocalar evində 23 yaşlı gənc 3 qadına təcavüz etmək istədi - SKANDAL!
Fransada yerləşən qocalar evində yaşayan 3 qadına təcavüz etmək istəyən gənc həbs olunub. Fransada yaşlıların qaldığı baxım evinin arxa qapısından girən 23 yaşındakı adam iddiaya görə 84, 93 və 94 yaşlarındakı 3 yaşlı qadına təcavüz etmək istəyib. 3 qadının qorxudan səs- küy salmaları ilə baxım evinin yaxınlığında yerləşən qonşular baxım evi rəhbərliyinə xəbər verib.
ABŞ ordusu ayağa qalxdı - Körfəz müharibəsindən sonra İLK DƏFƏ
Suriyada İsrailə məxsus F-16 döyüş təyyarəsinin vurulmasından sonra ABŞ gözlənilməz addım atıb. Vaşinqton Körfəz müharibəsindən sonra ilk dəfə Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Qətər Əl Hudedi hərbi hava bazasını yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirib.
Səlim Müslümov: "Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək"
Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək. Məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq.
Gəncə sakini saxlanılıb - narkotikə görə
Ötən gün Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DTX və DİN Ağdamda əməliyyat keçirib
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
65 il əvvəl dənizdə batan təyyarə tapıldı
Sabah hava dumanlı olacaq
Türkiyədə terrorçulara cəsasət verən narkotik müsadirə olunub
Paytaxt ərazisində bir gecədə 4 obyektdən oğurluq olub
Paytaxt ərazisində bir gecədə 4 obyektdən oğurluq edən yeniyetmələr polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən paytaxt ərazisində gecə saatlarında obyektlərdən edilən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir.
İnanırıq ki, aprelin 11-də... - Əli Əhmədov
Azərbaycanda bu şəxslərin maaşları artırılıb
Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) vəzifə maaşları artırılıb. Qərara əsasən 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlələrin aylıq vəzifə maaşları 125 manatdan 130 manata qaldırılıb. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
ABŞ-da hava aeroportların işini iflic etdi
ABŞ-ın Detroyt və Çikaqo şəhərlərinin hava limanlarında güclü qar səbəbindən 1500-ə yaxın aviareys ləğv olunub. Daha 1500 uçuş təxirə salınıb. Güclü qar Çikaqonun O’Hara və Miduey, Detroytun Metropoliten Ueyd aeroportlarınıın işini iflic edib. Hər iki şəhərdə məktəblər müvəqqəti olaraq bağlanıb.














