Türkiyədə terrorçulara cəsasət verən narkotik müsadirə olunub

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatını apardığı Suriyanın Afrin bölgəsindəki PYD terrorçularına göndərilən 250 min narkotik maddə ələ keçirilib. Məlumata görə, araşdırma zamanı bu narkotik maddələrin cəsarət verici xüsusiyyəti olduğu aşkar edilib.

Narkotikin müsadirə olunduğu Adanada 2 nəfər saxlanılıb. Məlum olub ki, narkotik vasitələr əvvəlcə Türkiyənin Hatay vilayətinə, oradan da Afrinə göndəriləcəkdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31