Gündəm
Atəşkəs rejimi 131 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Turistlər üçün "Buz otel" istifadəyə verildi
Rumıniyanın Sibiu regionunda yerləşən Balea gölü üzərindəki buzdan inşa edilmiş otel turistlərin ixtiyarına verilib. Otelin rəsmi açılış mərasimində Kanada, Bolqarıstan və Moldovanın Rumıniyadakı səfirləri iştirak edib. "Buz otel"də 16 otaq, eləcə dünya şöhrətli musiqiçilər Madonna, Maykl Cekson, Elvis Preslinin buzdan hazırlanmış abidələri mövcuddur. Oteldə gecələmək istəyən turistlər 100, onun ərazini gəzmək istəyənlər isə təqribən 5 avro ödəməli olacaqlar.
Tillersonun Yaxın Şərq turnesi başlayır
ABŞ-ın dövlət katibi Reks Tillersonun Yaxın Şərq turnesi başlayır. Turne çərçivəsində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfərlər nəzərdə tutulub. Turne fevralın 11-dən 16-dək davam edəcək.
Hərbçilər üçün ekzoskelet yaradıldı
Çində yeni nəsil ekzoskeletlər hazırlanıb. Ölkənin “Norinco” Dövlət Korporasiyası istifadəçiyə xüsusi səy göstərmədən 45 kiloqramadək yükləri daşımağa imkan verəcək yeni nəsil ekzoskeletin prototipini hazırlayıb. Sözügedən prototipin hazırlanmasına 3 il əvvəl başalnılıb. Əvvəlki versiyada hidravlika və akkumulyatorlarla bağlı problemlər olsa da, bu dəfə sistem daha da təkmilləşdirilib. Yeni prototipdə çatışmazlıqlar aradan qaldırılıb, eləcə də onun konstruksiyası istifadəçilər üçün yüngülləşdirilib və rahatlaşdırılıb.
Olimpiadada həyəcan
Cənubi Koreyanın Pxençxan şəhərindəki Olimpiya kəndində yaşayan 2018 Qış Olimpiya Oyunlarının iştirakşıları SMS vasitəsi ilə zəlzələ barədə xəbərdarlıq alıb. Zəlzələnin 4,6 bal gücündə zəlzələnin Pxençxandan 160 kilometr məsafədə yerləşən Pxoxan şəhərində baş verdiyi bildirilib.
Qaçqınlara qarşı cinsi istismar: "Gecə qadınlar çölə çıxa bilmir" - BMT
Qaçqınlar Yunanıstanda cinsi təzyiqlərə məruz qalıblar. BMT-nin Qaçqınlar üzrə komissarlığı Yunanıstana müraciət edən miqrantların saxlanıldıqları düşərgələrdə cinsi istismara məruz qaldıqları haqqında məlumat yayımlayıb.
ABŞ-da polis əməkdaşları güllələndi
Malıbəyli və Quşçuların işğalından 26 il ötür
Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 26 il ötür. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.
Afrindən SON XƏBƏR: 11 şəhid, 11 yaralı (YENİLƏNDİ)
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk hərbçilərinin sayı artıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Məlumatda qeyd edilir ki, əməliyyatlar zamanı 11 türk əsgəri şəhid olub. Habelə daha 2 əsgər yaralanıb. Hərbi əməliyyatlar zamanı azı 26 terrorçu zərərsizləşdirilib.
Samuxda kürəkən 73 yaşlı qayınanasını bıçaqladı
Məşhur aktyor dünyasını dəyişdi
Emmy mükafatı qazanan, "House of Cards" filmində canlandırdığı Freddy Hayes obrazı ilə sevilən aktyor Reg E. Cathey Nyu-Yorkda dünyasını dəyişib. Aktyor 59 yaşında dünyasını dəyişib. Bu barədə aktyorun çəkildiyi "The Wire"nin rejissoru David Simon məlumat verib.
Suriyada terror aktı
Suriyanın şimalında partlayış törədilib. Hadisə İdlibdə baş verib. Partlayıcı qurğu şəhərin mərkəzində, yolayrıcında işə salınıb.
Şərif Ağayar: “Kütləni aldatmaq lazımdır” - MÜSAHİBƏ
Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı yazıçı Şərif Ağayardır.
Aktyora cəza verildi
Ərdoğan: "Bir helikopterimizi az öncə vurdular..."
Bu gün Ərdoğan Partsiyanın yığıncağında Afrinlə bağlı çıxış edib. Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya yığıncağında Afrində türk helkopterin vurulduğunu xəbərini verib. Çıxışı zamanı Ərdoğan bildirib:














