Gündəm

Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

11 Fevral 2018 15:08

Ukraynanın Dnepropetrovsk vilayətində ölkəsində dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən azərbaycanlı tutulub.Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb."Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar", - deyə məlumatda bildirilir.

İngiltərə hökumətinə YPG xəbərdarlığı

11 Fevral 2018 15:06

İngiltərə parlamentinin Nümayəndələr Palatasının Xarici İşlər komitəsinə təqdim olunan sənədlər PKK ilə YPG bağlantısını ortaya qoyur. Bu sözləri Nümayəndələr Palatasının Xarici İşlər komitəsinin rəhbəri Tom Tugendhat deyib.

Yerusəlimdə 2100 yaşı olan badə tapıldı

11 Fevral 2018 14:59

İsraildə arxeoloqlardan ibarət qrup Yerusəlimdə əhəngdaşıdan badənin fraqmentini aşkarlayıblar. Üzərində adla naxış açılan badənin yaşı təxminən 2100 il qiymətləndirilir.

AÇIQLANDI: Sutkada 5 saat yatanlarda piylənmə riski iki dəfə artıqdır

11 Fevral 2018 14:56

Həkimlər xroniki yuxusuzluğun fəsadlarından danışıblar. Publika.az xəbər verir ki, gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çoxsaylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qarşısını alır. Bundan əlavə peyvənddən sonra orqanizmdə anticisimlərin yaranması yuxunun keyfiyyətindən asılıdır.

Aquero, Sterlinq və Vardi üçün əlamətdar oyun

11 Fevral 2018 14:55

İngiltərə Premyer Liqasının 27-ci turunda "Leicester City"ni qəbul edən "Manchester City" rəqibini 5:1 hesabıyla darmadağın edib. Oyunda meydan sahiblərinin forvardı Serxio Aquero 4 qol vurub. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 25-ci qola imza atıb.

Pekində naməlum şəxs bıçaqla insanlara hücum etdi - Ölənlər var

11 Fevral 2018 14:54

Çinin paytaxtı Pekinin Sidan rayonunda naməlum şəxs bıçaqla mağazadakı insanlara hücum edib. Hücum nəticəsində aldığı yaralardan bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayır

11 Fevral 2018 14:51

Həcc ziyarətinin  qiyməti 4150 dollar müəyyənləşdirilib Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir. Fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Kreml İrəvanı başa sala bildi... - Politoloq

11 Fevral 2018 14:50

Ermənistanın NATO təlimlərindən imtina etməsi birbaşa Rusiyanın istəyi ilə bağlıdır. Bu sözləri  sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Kreml bu məsələ ilə bağlı İrəvana çox ciddi qulaqburması verib: “NATO təlimlərinin hamısı Rusiyaya yaxın bölgədə - gah Polşada, gah Ruminiyada, yəni Şərqi Avropa ölkələrində həyata keçirilir.

Aİ ilə əməkdaşlığa mane olan yeganə amil… – Şərh

11 Fevral 2018 14:48

Prezident İlham Əliyev fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının VI qurultayında bir sıra tezislər səsləndirdi. Onların arasında ən önəmlilərindən biri də Avropa ölkələri ilə əməkdaşlığı inkişaf etdirməklə bağlı idi.

Bakı məktəbində zorakılığa məruz qalan qız damarlarını doğrayıb

11 Fevral 2018 14:47

Hamının qorxduğu hadisə baş verib. 132-134 saylı Təhsil Kompleksində zorakılığa məruz qalan 7-ci sinif şagirdi ictimaiyyətin qınağından sonra intihara cəhd edib. Fevralın 10-da Instagram sosial şəbəkəsində canlı yayıma çıxan qız damarlarını kəsməyə başlayıb.

Bakıda DƏHŞƏT: İçərisində sərnişinlər olan avtobus yandı

11 Fevral 2018 14:45

Bu gün 173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10TF 379 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub. Hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib.

4 nəfəri öldürüb intihar etdi

11 Fevral 2018 13:04

ABŞ-ın Kentukki ştatında dəhşətli hadisə baş verib. Ştatın Peyntsvill şəhərində polis bir evin mətbəxində güllələnərək öldürülmüş 2 nəfərin meyitini aşkarlayıb. Şahidlər polisə bildiriblər ki, qatil qara rəngli "Toyota Camry" markalı avtomobillə hadisə yerindən qaçıb.

Xəzərdə "süd qasırğası"

11 Fevral 2018 13:00

NASA Xəzərdə anomal proses sayılan "süd qasırğası"nın fotoşəklini dərc edib. Fotoşəkil yanvarın 9-da "Terra" kosmik aparatı ilə çəkilib. NASA-nın məlumatında qeyd olunur ki, külək suyu səthdən qarışdırır və dənizin təkindəki çöküntüləri üzə qaldırır. Bu da dənizin sahilində "süd kölgəsi" yaradır.