Gündəm

V Beynəlxalq Muğam Festivalı keçiriləcək

12 Fevral 2018 09:36

Martın 7-dən 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Milli Konservatoriya və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. 2009-cu ildən başlayaraq keçirilən festival bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

SOS! İnternet asılılığı olan uşaqlara DİQQƏT

12 Fevral 2018 09:30

Azərbaycanın internet provayderləri yeniyetmələrin internetin mənfi təsirindən müdafiəsini təkbaşına təmin etmək iqtidarında deyil. Bunu  İnformasiya Problemlərinin Araşdırma Mərkəzinin direktoru Yaşar Hacıyev deyib. Y.Hacıyevin sözlərinə görə, bu problemin araşdırılmasına müəyyən qəyyum şuraları, məktəblərin nəzdində fəaliyyət göstərən müvafiq komitələr və digər təşkilatlar cəlb olunmalıdır:

Ərdoğan Putinə başsağlığı verdi

12 Fevral 2018 09:29

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada baş verən sərnişin təyyarəsi qəzası ilə əlaqədar ölkənin başçısı Vladimir Putinə başşağlığı verib. "Bütün rus xalqına Vladimir Putin şəxsində başsağlığı verirəm, həlak olanların ailələrinə səbr arzu edirəm", deyə Ərdoğan bildirib.

"Taliban" dan məkrli plan

12 Fevral 2018 09:25

“Türkiyə mənim də Vətənimdir” adlı sənədli film Malatya

12 Fevral 2018 09:23

Azərbaycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Türkiyə mənim də Vətənimdir” adlı sənədli filmin Malatya şəhərində təqdimatı olub. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən bəhs edən filmin istehsalı 7-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində reallaşıb. Təqdimat mərasimində çıxış edən Malatya Beynəlxalq Film Festivalının direktoru Suat Köçer 15 iyul hadisələri ilə bağlı qısametrajlı, sənədli və tammetrajlı filmlərin çəkildiyini vurğulayaraq, dövlət çevrilişi cəhdini bir az daha fərqli aspektdən şərh etmək istədiklərini söyləyib.

Zeytunda gizlənən BÖYÜK SİRR - Alimlər ÇÖZDÜ

11 Fevral 2018 20:13

Hüceyrə yeniləyici xassələrə malik olan zeytun çəyirdəyinin yeni faydaları üzə çıxıb.  Türkiyədə 10 universitetin zeytun çəyirdəyi üzərində apardığı elmi araşdırmanın nəticələri çoxlarını təəccübləndirib. 5 ildir zeytun ağacını araşdıran alimlər zeytun çəyirdəyinin sirrini çözməyə çalışıb.

"Ruhlar vadisi"nin daha bir SİRRİ ÜZƏ ÇIXDI

11 Fevral 2018 20:10

Dünyanın ən sirli məkanlarından olan Stounhenc və ya "Ruhlar vadisi"nin sirləri uzun zamandır araşdırılır. Amma hər dəfə də yeni müəmmalar alimləri təəccübləndirməkdə davam edir. Britaniyalı alimlər bu unikal, sirli yerlə bağlı daha bir maraqlı fakt ortaya qoyublar. Belə məlum olub ki, Stounhenc xüsusi akustikaya malikdir. Ona görə də bu daşlar qəribə şəkildə düzülüb ki, səs əks-sədası ahəngdar olsun. Bu daşlara toxunduqda qəribə, nizamlı səslər meydana çıxır, sanki açıq səma altında xüsusi texnologiya ilə səs akustikası yaradılıb.

Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat

11 Fevral 2018 20:08

Mavi gözlü olmaq istəyən insanlar üçün yenilik kəşf edildi. Əməliyyatsız da gözlərinizin rəngini istədiyiniz rəngə dəyişə bilərsiz.  Kaliforniyanın "Stroma Medical" xəstəxanasının həkimləri səhiyyə sistemində maraqlı işə imza atıblar. Belə ki, statistikaya görə, dünya əhalisinin sadəcə çox az hissəsi rəngli (mavi) gözlərə sahibdir. 89 faiz insanın göz rəngi qonur (açıq, tünd, qarışıq) olaraq qeydə alınıb.

“Neftçi” qələbə qolunu son dəqiqələrdə vurdu

11 Fevral 2018 20:04

Bu gün Azərbaycan çempionatının 15-ci turunda “Neftçi” və “Kəpəz” klubları üz-üzə gəliblər. Görüş “Neftçi”nin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 86-cı dəqiqədə Mirabdulla Abbasov vurub. Günün digər matçı isə “Keşlə” və “Səbail” arasında keçirilib. Matç 1:1 başa çatıb.

Azərbaycanda yeni manyak peyda oldu

11 Fevral 2018 20:02

Manyakın gənc qadınlara hücum etdiyi bildirilir. Bu barədə hadisə şahidləri məlumat verib. Mingəçevir şəhərində ortaya çıxan manyakın təxminən 50 yaşında olduğu qeyd edilir. Hadisənin dünən baş verdiyi söylənilir. Şahidlərin verdiyi məlumata görə, bir nəfər naməlum şəxs gənc qadının arxasınca düşərək onu qorxudub: “Dayanmışdıq, bir qız ağlaya-ağlaya yaxınlaşaraq 50 yaşlarında olan kişinin onun arxasınca düşdüyünü dedi. O, həmçinin həmin şəxsin qızı qorxutduğunu bildirdi. Manyakın arxasınca düşsək də, qaçaraq binaların arasında gözdən itdi”. Həmin şəxsin kimliyi hələ ki, məlum deyil.

Bayılda sürüşmə anı kameraya düşdü – VİDEO

11 Fevral 2018 19:58

Paytaxtın Bayıl yamacında baş verən sürüşmə anı kameraya düşüb. Videoda sürüşmə zamanı bir evin tamamilə dağıldığı açıq-aydın görünür.

Sakinlər gördükləri mənzərədən dəhşətə gəldilər- Sən demə meşədə 3 ildir ki...

11 Fevral 2018 19:54

Türkiyənin Antalya şəhərində meşədə tapılan sümüklər vətəndaşları çox təəccübləndirib. Alanyaya bağlı Bektaş məhəlləsindəki meşə sahədə keçilərini otaran çoban günorta saatlarında bir insana aid sümük parçaları görüb.

MMA döyüşçüsü Ronalduya papaq hədiyyə edib

11 Fevral 2018 15:09

Rusiyalı MMA döyüşçüsü Həbib Nurmaqomedov "Real Madrid"in futbolçusu Kriştianu Ronalduya xəz dərindən hazırlanmış papaq hədiyyə edib, portuqaliyalı hücumçu əvəzində ona top və futbolkasını verib.