Gündəm
Tillersonun sürpriz Türkiyə səfərinin sirri
ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın günlərdə Türkiyəyə səfər edəcək. Məlumatı ABŞ rəsmiləri təsdiqləyib. Səfərin dəqiq vaxtı açıqlanmayıb, hazırda bu istiqamətdə danışıqların getdiyi bildirilib. Tillersonun Türkiyəyə gözlənilən səfəri ilə bağlı bəzi detallar məlum olub. Türkiyə KİV-lərində yer alan xəbərlərə əsasən, ABŞ dövlət katibinin səfəri Afrin əməliyyatı ilə əlaqədardır.
ABŞ imtina etdi
ABŞ Olimpiya Komitəsi (USOC) Los-Ancelesdə 2028-ci il Yay Olimpiya Oyunları təşkilatçılarının seçkisi kampaniyasında iştirak etməsi səbəbindən 2026-cı il qış Olimpiadasının ölkədə keçirilməsi üçün müraciət etməyəcək. Bu barədə “Insidethegames” portalı USOC-ın sədri Larri Probsta istinadla xəbər yayıb. L.Probst deyib ki, iki Olimpiadanı ardıcıl keçirmək maliyyə baxımından ABŞ üçün çətin olacaq:
Alpinistlərin axtarışları dayandırıldı
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına cəlb edilən xarici mütəxəssislər axtarışları dayandırıblar. Bir müddət əvvəl Qubada alpinistlərin axtarışlarına qoşulan, xüsusi qurğularla təmin edilən türkiyəli iki mütəxəssis axtarışları artıq dayandırıb.
Bakı məktəbində ŞOK: Sinif yoldaşlarını qorxunc xəstəliyə yoluxdururmuş
Bakı məktəblərindən birində ağlasığmaz hadisə baş verib. Yetkinlik yaşına çatmayan uşaqları narkotik və psixotrop maddələrdən istifadəyə cəlb edən şagird aşkarlanıb. Bu barədə "Sputnik" agentliyinə Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Baş vermiş hadisə ilə bağlı polisə 138 saylı orta məktəbin direktor müavini, 1975-ci il təvəllüdlü Əhmədova Bikə Elsevər qızı məlumat verib.
678 nəfər vəzifə seçməkdən imtina etdi - Dövlət İmtahan Mərkəzi
Yanvarın 11-də B növü vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə təqdim olunan elanın müddəti bugün başa çatıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat müddətində vakant vəzifələr üzrə ümumilikdə 1984 müraciət daxil olub. Test imtahanında B növü vəzifələr üzrə sertifikat alan 992 namizəddən 678 nəfəri vəzifə seçmək hüququndan istifadə edib. Elana çıxarılan 1126 vəzifədən 390 vəzifə üzrə namizədlər tərəfindən müraciət qeydə alınıb. Müsahibələrin keçirilmə qrafiki yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Pxençanda bütün dünyaya SÜLH MESAJI
XXIII Qış Olimpiya Oyunlarının Pxençan olimpiya stadionunda keçirilən açılış mərasimi bir sıra özünəməxsus hadisələrlə, parlaq səhnələrlə yadda qalıb. Oyunların rəsmi açılış mərasimi “Bütün dünyada sülh naminə” devizi altında keçib. Mərasimin gedişində Con Lennonun bütün dünyada sülhü tərənnüm edən “Imagine” mahnısı səsləndirilib. Mərasim iştirakçıları ailə ocağının rahatlığının simvolizə edən şamlar yandırıb, sonra göyərçin formasında düzülüblər.
540 mindən çox vətəndaş Rusiyadan deportasiya edildi
Son altı ildə 2 milyondan çox vətəndaşın Rusiya qanunvericiliyini pozduğuna görə bu ölkəyə gəlişinə qadağa qoyulub. Bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş idarəsinin rəis müavini Valentina Kazakova deyib.
Ac ana yatan nəhəngdən qaçdı
Norveçin şimalında, Şimal Qütb Dairəsinin yanında olan Svalbard (Şpitsbepgen) arxipelaqında ağ ayılar qida çatışmazlığı ilə qarşılaşıblar. Ağ ayılar arasında acından ölən yırtıcıların da sayı artır. Ac ayılar sürəkli şikar arayırlar. Ana ayı da balası ilə ova çıxmışdı.
Eltondan xanım ifaçıları əsəbiləşdirəcək açıqlama: "Pul üçün oxumasınlar"
Müğənni Elton Hüseynəliyev xanım ifaçıları əsəbiləşdirəcək açıqlama verib. Sənətçi "Hər şey daxil" verilişində deyib ki, qadınların müğənnilik etməsinə yaxşı baxmır. O, qızlarına oxumağa heç vaxt icazə verməyəcəyini söyləyib: "İstəmirəm qızlarım müğənni olsun. Uşağın hər şeyə marağı ola bilər. Mən də, Hüseyn Məhəmmədoğlu da istəmərik bizim qızımız müğənnilik etsin. Ona görə yox ki, pisdir müğənnilər.
Plastik təbiəti belə məhv edir
Arktikada aparılan müşahidələr təbiətin plastik tullantılarla çirklənməsinin flora və faunanı tədricən məhvə sürüklədiyini göstərib. Balıqçı torlarına düşən marallar, plastik kanatlara və qablara ilişib çarəsiz qalan quşlar, suitilər, hətta ağ ayılar tədricən ölümə məhkum olurlar. BBC bu problemə həsr olunmuş sənədli film hazırlayıb.
Facebook-da yeni düymə
Facebook şərhləri gizlədəcək və onlara cavab verəcək yeni bir düyməni sınaqdan keçirir. Məlumata görə, sosial şəbəkənin yaradıcıları yeni xüsusiyyəti bir çox istifadəçinin tələb etdiyini bildirirlər. İstifadəçilər "qeyri-məqbul" düyməsinin olmadığını iddia edirdilər.
Bu şirkət yararsız noutbuklarını geri çağırır
Çinin "Lenovo" kompüter istehsalçısı beşinci nəsil "ThinkPad X1 Carbon" noutbuklarını geri çağırır. Bu noutbuklar alışma riskinə görə təhlükə törədirlər.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimiya İnstitutunda görüş
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimiya İnstitutunda institutun direktoru AMEA-nın müxbir üzvi professor Əlövsət Quliyev və “Aqrobioeko” şirkətinin prezidenti Əli Əlizadə ilə görüşü oldu. Görüşdə institutun direktoru Ə.Quliyev qonağı salamlayaraq institutun və fəaliyyəti haqqında ona məlumat verdi. O, institutun Azərbaycan, Özbəkistan və Qazaxıstan da Qədim türklərə məxsus kəhrizlərin eyni zamanda Makedoniyalı İskəndərin qazdırdığı kəhriz quyularının araşdırılaraq yenidən ortaya çıxarıdığını qeyd etdi.
“WhatsApp” messencerində pulköçürmə sistemi istifadəyə veriləcək
Bir il bundan əvvəl “WhatsApp” şirkətinin eyniadlı messencerdə pulköçürmə sistemini tətbiq etməyə hazırlaşdığı məlum idi. İnternetdə pulköçürmə funksiyasına giriş əldə etmiş istifadəçinin ekran görüntüləri yerləşdirilib.
Hərbçilər üçün ekzoskelet yaradılıb
Çinin “Norinco” Dövlət Korporasiyası istifadəçiyə xüsusi səy göstərmədən 45 kiloqramadək yükləri daşımağa imkan verəcək yeni nəsil ekzoskeletin prototipi üzərində işi başa çatdırıb.














