Gündəm
İlham Əliyev: "Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”
"Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”. Bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
TANAP qaz kəməri bu ilin iyul ayında istifadəyə veriləcək
Trans-Anadolu (TANAP) qaz boru kəməri bu ilin iyul ayında istifadəyə veriləcək. Məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında bildirib. Onun sözlərinə görə, ötən ay artıq Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ilk sınaq işlərinə başlanılıb və iyul ayından boru kəmərinin istifadəyə verilməsi mümkün olacaq.
NATO ölkələri “hərbi Şengen” yaradır
NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər. Məlumata görə, bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar.
Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib. Məlumata görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.
Radikal düşərgə seçkilərdən niyə imtina etdi?
Azərbaycan mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsindədir. Belə ki, aprelin 11-də ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Bu seçkilərin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra bir ilk olduğunu nəzərə aldıqda seçki mübarizəsinə daha çox namizədin qoşulacağı ehtimalı ortaya çıxırdı. Ancaq müşahidə etdiyimiz mənzərə bir qədər fərqli situasiyanı ortaya qoyur. Belə ki, seçki dövrünə az bir müddət qalmasına baxmayaraq hələlik o qədər də çox sayda şəxs öz iddiasını ortaya qoymayıb. Xüsusilə, bu hal müxalifət düşərgəsində müşahidə edilməkdədir. 1993-cü ildən hakimiyyət uğrunda mübarizə üçün çalışan müxalifət, daha dəqiq desək onun radikal qanadı nədənsə prezident seçkilərinə qatılmaqdan imtina edib.
Sərnişinlər ictimai nəqliyyat vasitələrinə nə üçün zərər vururlar?
Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də paytaxt nəqliyyatında uzun illər yığılıb qalan problemlərin yoluna qoyulması, sərnişinlərin rahatlığı, mənzil başına daha təhlükəsiz və rahat getməsi üçün ardıcıl tədbirlərin görülməsidir. Bu istiqamətdə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması xüsusi qeyd edilməlidir.
Rus general İrəvana gəldi: hərbi bazada yoxlama
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin rəhbəri general-polkovnik Aleksandr Dvornikov Ermənistana gəlib. Bu barədə informasiyanı Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. Dvornikov Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında yoxlamalar aparıb. O, həmçinin, Erebunidəki rus bazasında da olub və rus pilotların döyüş növbətçiliyini yoxlayıb.
Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələ
Azərbaycanda iqtisadi islahatlar davam etməkdədir. Xüsusən, qeyri-neft sektorunun inkişafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Bunun üçün isə ölkədə azad iqtisadi zonaların yaradılması zərurəti ortaya çıxıb. Məhz belə zonaların formalaşdırılmasını təmin edəcək qanunvericilik bazası hazırlanıb. Artıq ölkə parlamenti “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi ni birinci oxunuşda qəbul edib.
"Bu özlərini donorların yadına salmaq istəyən insanların yaratdığı petisiyadır" - ŞƏRH
Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.
Əvvəlcə söhbətə cəlb edilir, sonradan şəkillər əldə edilir
Son vaxtlar telefon və internet vasitəsilə şantaj olunaraq xəyanətdə ifşa edilən gəlinlərin, bəzi hallarda isə ərlərin hesabına ailələrin dağılması halları artmaqdadır. Artıq çox böyük sosial bəlaya çevrilən belə faktlar deməyə əsas verir ki, çoxsaylı qız-gəlinlərin belə şərəfsiz şantajistlərin toruna düşmə ehtimalı var. Bəz, belə halların qarşısını necə almaq olar? Məsələ ölkə qanunvericiliyində necə tənzimlənir?
İlham Əliyev Donald Trampa məktub göndərib
Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib. Məlumata görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!
Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var?
“Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O, biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir.
Məşhur cütlük evlilik yolunda
Məşhur türkiyəli müğənni və aktrisa ailə arasında nişanlandıqlarını açıqlayıblar. Olaylar.az bildirir ki, müğənni Can Bonomo və aktrisa Öykü Karayel artıq münasibətlərini rəsmiləşdiriblər. Venesiyada keçirdikləri yeni il tətilində Can Bonomo aktrisaya evlənmə təklif edib. Cütlüyün iyun ayında toyu baş tutacaq.
Allahşükür Paşazadə Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.
Baş Prokurorluq 2002-ci ildən keçirilən referendum və seçkilərlə bağlı şikayətlərin statistikasını açıqlayıb
"Azərbaycanda keçirilən prezident seçkilərində prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş şikayətlər və müraciətlərə baxılması ilə bağlıdır. 2002-2009-cu illər referendumlarında referendum iştirakçılarının hüquqlarının pozulması ilə bağlı prokurorluq orqanlarına müraciətlər daxil olmayıb". Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rol və vəzifələri” mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.














