Gündəm
“Mənə onun lüt bədəni lazım deyil” – Lalə Məmmədova – VİDEO
ARB TV-nin “Virtual Həyat” proqramının növbəti müsahibi Əməkdar artist Lalə Məmmədova olub. Müğənni və model Afaq Aslanla aralarında yaranan gərginlikdən danışan Lalə Məmmədova, yenə də Afaq haqda eyni düşüncədə olduğunu söyləyib: “Model Afaq Aslan haqda bir söz dedim, ancaq sənətlə bağlı dedim. Dedim ki, sənət göstərsinlər, mənə onun lüt bədəni lazım deyil.
Erməni diversantlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilə bilər - KOMİSSİYA
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır". Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ. Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər.
Hadi Rəcəbli: “Yeni qanun əliliyi olan şəxsləri cəmiyyətə inteqrasiya edəcək”
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanunun məqsədi əlillərin sosial müdafiəsini, onların hüquqlarının qorunmasını, cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. H.Rəcəbli bildirib ki, bu qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edəcək. Onun sözlərinə görə, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması məsələləri də sənəddə əksini tapır: “Eləcə də, qanun əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.
Demokratiya dövrünün NKVD-si
“Sənət adamlarının siyasi seçimi ətrafında müxalif camiyədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı.Sən demə, o vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdılar. Axı sovet genləri hələ yaşayır”.
Lombard sahibi Dürrə İsmayılova ilə zərərçəkmişlər arasında gərginlik
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına Dürrə İsmayılovanın vəkili gəlməyib. Zərərçəkmişlər buna etiraz ediblər. Hakim isə qeyd edib ki, ötən prosesdə Dürrə İsmayılova səhhəti ilə bağlı iştirak etməyib. Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edərək söyləyib ki, bu prosesin vaxtını bilərəkdən uzatmaqdır. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmək üçün evini satışa qoyduğunu deyib.
Həbsxanada ölən bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
Həbsxanada intihar etdiyi bildirilən bloqqer Mehman Qələndərovun ölümü ilə əlaqədar başlanmış cinayət işinə xitam verilib. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat ysyıb.Bildirək ki, M.Qələndərovun 2017-ci il aprelin 28-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında ölümü faktı üzrə Sabunçu rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanmışdı. İstintaqın davam etdirilməsi üçün iş Bakı Şəhər Prokurorluğuna göndərilmişdi.
Əsgərin 14 fevralda sevgilisinə yazdığı məktub - OXUYANLARI KÖVRƏLTDİ
Əsgərin “Sevgililər günü”ndə nişanlısına yazdığı məktub hər kəsi kövrəldib. Türkiyə mediası Şırnakda PKK terror qrupluşmasına qarşı mübarizə aparan türk əsgərlərindən birinin “Sevgililər günü”ndə nişanlısına yazmış olduğu məktubu ortaya çıxarıb. Çavuş Hakan Ulduz yazmış olduğu məktubda bu sözlərə yer verib: "Sevdiyim, nişanlım. Bu sətirləri sənə vətən torpağını qoruyarkən yazıram.
Ölkəmizə qarşı növbəti qara piar: Azərbaycanı qoyub qaçmış bir qrup insan...
Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.
Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb
Azərbaycanda prezident seçkilərində iştirak üçün 13 nəfər namizədliklərini irəli sürüb. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri: "Seçkilərə qərəzli münasibət göstərənlərə qarşı ən yaxşı mübarizə yolu seçkilərin şəffaf keçirilməsidir"
Seçkilərə qərəzli münasibət göstərənlərə qarşı ən yaxşı mübarizə yolu seçkilərin şəffaf keçirilməsidir. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
Şəffaf, demokratik seçki kampaniyasının aparılmasına heç kim mane ola bilməz
"Sosial, dini, milli, irqi ayrı-seçkiliklə bağlı çağırışların qarşısının alınması üçün müvafiq planımız var". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.
Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, lakin razılaşmadı...”
Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı lalafo.az saytından gedir.
Məşhur cütlük AYRILIRMI?
Məşhur türkiyəli cütlük Neslihan Atagül və Kadir Doğulunun evliliklərində qara buludların dolaşdığı bildirilir. Olaylar.az türk mətbuatına istinadən bildirir ki, ötən gün sevgililər günündə cütlüklər sosial şəbəkə hesabından heç bir paylaşım etməmələri diqqət çəkib.
Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq
"Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.














