Gündəm

Prezident Gürcüstan iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

15 Fevral 2018 12:59

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azərbaycan prezidenti İtaliya iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb

15 Fevral 2018 12:57

Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.  Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Erməni əsirliyində: işgəncə və qətl antologiyası" kitabının təqdimat mərasimi keçirilib 

15 Fevral 2018 12:54

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimat mərasimi keçirilib.  Əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Almaniyaya gedir

15 Fevral 2018 12:48

Xarici işlər naziri Elmar Məmmədyarov 16-17 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, orada nazirin Münhen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.

Pensiyaçılara daha bir müjdə

15 Fevral 2018 12:47

Prezidentin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb.

Ombudsman: "Azərbaycanda seçicilərin azad şəkildə səs verməsi üçün ildən-ilə daha yaxşı şərait yaradılır"

15 Fevral 2018 12:45

Azərbaycanda Seçki Məcəlləsi ildən-ilə təkmilləşir və seçicilərin azad şəkildə səs verməsi üçün daha yaxşı şərait yaradılır. Məlumata görə, bunu ombudsman Elmira Süleymanova dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Azər Cəfərov: "Azərbaycanda məhkumların seçki hüquqlarının təmini ilə bağlı çox mütərəqqi qanunvericilik mövcuddur"

15 Fevral 2018 12:43

"Azərbaycanda penitensiar müəssisələrdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür". Məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. A.Cəfərov bildirib ki, Azərbaycanda istintaq təcridxanalarında, həbsxanalarda saxlanılan məhkumların seçki hüquqlarının təmin olunması ilə bağlı çox mütərəqqi qanunvericilik bazası mövcuddur. 

Belçikada xoruz və toyuqları tuturlar - Yatmağa mane olurlar

15 Fevral 2018 12:41

Belçikanın Muskron şəhərində yaşayış evlərinin yaxınlığında məskunlaşmış xoruz və toyuqların tutulmasına başlanılıb. Məlumata görə, bələdiyyə bu addımı şəhər sakinlərinin tələbindən sonra atıb.

Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq

15 Fevral 2018 12:39

Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur. Məlumata görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. R.Usubovun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək.

Ronaldo ÇL-də 100 qol vuran ilk futbolçu oldu

15 Fevral 2018 12:37

"Real”ın superulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Məlumata görə, 33 yaşlı hücumçu yeni uğuruna turnirin 1/8 final mərhələsinin PSJ ilə keçirilən ilk oyununda (3:1) qovuşub.

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get

15 Fevral 2018 12:34

Almaniyanın Eutin şəhərinin yaxınlığındakı meşədə olan 500 yaşlı ağac minlərlə cütlüyün sevgili olmasına və 100-dən çox cütlüyün ailə qurmasına səbəb olub.

“Elza Seyidcahanı sevirdim” – Vasif Məhərrəmlidən etiraf - VİDEO

15 Fevral 2018 12:31

Vasif Məhərrəmli gənclik illərində əməkdar artist Elza Seyidcahana aşiq olduğunu etiraf edib. Müğənni ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı olub. O, verilişdəElza Seyidcahana olan sevgisindən danışıb: “Elzanı dəli kimi sevməmişəm amma sevmişəm. Elza xanım tək mənim yox, konservatoria oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi.

Rusiyanın Britaniyaya hücumu: Rus hərbçiləri...

15 Fevral 2018 12:26

Böyük Britaniya Rusiyanı “NotPetya” virusundan istifadə etməklə kiberhücumda ittiham edib. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib. “Britaniya hökuməti hesab edir ki, 2017-ci ilin iyununda “NotPetya” virusundan istifadə edilərək törədilən dağıdıcı hücuma görə Rusiya hakimiyyəti, o cümlədən rus hərbçiləri cavabdehlik daşıyır. Virusun düşüncəsiz şəkildə tətbiqi bütün Avropada təşkilatların işini pozdu və yüz milyonlarla funt dəyərində ziyan vurdu. Biz Rusiyanı beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa çağırırıq”, - Böyük Britaniya XİN-dən bildirilib.

Bərzanidən şok “Zeytun budağı” qərarı: PKK-ya qadağa

15 Fevral 2018 12:22

İraq Kürd Muxtariyyəti PKK-çıların Türkiyənin “Zeytun budağı” əməliyyatına qarşı Şimali İraqda keçirmək istədikləri nümayişlərə qadağa qoyub. Türk əsgərlərinin ardıcıl zərbələrindən sarsılan terror təşkilatları Bərzani hakimiyyətinə bağlı olan Duhok şəhərində aksiya keçirmək istəyib, lakin yerli polis bu cəhdin qarşısını alıb. Polis Afrinlə bağlı nümayişlərə qəti şəkildə icazə verməyəcəklərini açıqlayıb.

Sərkisyanın son cəhdləri – Döyüşçülərə məktub

15 Fevral 2018 12:21

Ermənistan Prezidenti Serj Sərkisyan Qarabağ döyüşçülərinin 7-ci qurultayına məktub ünvanlayıb və bununla da heç bir yeniliklə, fərqli mesajlarla yadda qalmayan fikirləri ilə bir növ özünü bu döyüşçülərdən ayrı hiss etmədiyini diqqətə çatdırıb.