Rusiyanın Britaniyaya hücumu: Rus hərbçiləri...

Böyük Britaniya Rusiyanı “NotPetya” virusundan istifadə etməklə kiberhücumda ittiham edib. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib. “Britaniya hökuməti hesab edir ki, 2017-ci ilin iyununda “NotPetya” virusundan istifadə edilərək törədilən dağıdıcı hücuma görə Rusiya hakimiyyəti, o cümlədən rus hərbçiləri cavabdehlik daşıyır. Virusun düşüncəsiz şəkildə tətbiqi bütün Avropada təşkilatların işini pozdu və yüz milyonlarla funt dəyərində ziyan vurdu. Biz Rusiyanı beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa çağırırıq”, - Böyük Britaniya XİN-dən bildirilib.

Böyük Britaniya Rusiyanı "NotPetya" virusundan istifadə etməklə kiberhücumda ittiham edib. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Britaniya hökuməti hesab edir ki, 2017-ci ilin iyununda "NotPetya" virusundan istifadə edilərək törədilən dağıdıcı hücuma görə Rusiya hakimiyyəti, o cümlədən rus hərbçiləri cavabdehlik daşıyır. Virusun düşüncəsiz şəkildə tətbiqi bütün Avropada təşkilatların işini pozdu və yüz milyonlarla funt dəyərində ziyan vurdu. Biz Rusiyanı beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa çağırırıq", - Böyük Britaniya XİN-dən bildirilib.

Qeyd edək ki, rus hakerlərin hücumları ilə bağlı həmçinin ABŞ-ın Demokratlar Partiyasının üzvləri və Fransa Prezidenti Emmanuel Makron da danışmışdı. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31