Gündəm

İrəvanı biz yaratmışıq: Qarabağın həlli yolu isə... – Jirinovski

15 Fevral 2018 12:17

Rusiyada heç vaxt anti-erməni əhval-ruhiyyə olmayıb. Bunu Rusiya Dumasında təşkil edilən “Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Generallar görüşdü, Pentaqon açıqlama yaydı: Yanınızdayıq

15 Fevral 2018 12:15

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin Brüsseldə keçirilən görüşü barədə Pentaqondan açıqlama verilib. Bu barədə “Xəbərtürk” informasiya yayıb. “PKK və terrora qarşı Türkiyənin yanındayıq”, - Pentaqondan bildirilib.

Azərbaycan prezidenti: "Tezliklə “Şahdəniz-2” qazının borulara ötürülməsinə başlanılacaq"

15 Fevral 2018 12:12

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. Məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olunub.

Neymar: "Ötən mövsüm daha çətin olanı bacarmışdıq"

15 Fevral 2018 12:06

Adı tez-tez "Real"la hallandırılan Neymar Parisdəki həyatından məmnunluğunu növbəti dəfə ifadə edib. Çempionlar Liqasının play-off matçında PSJ-nin "Real"a 1-3 məğlubiyyətindən sonra açıqlama verən barziliyalı ulduz Parisdəki yaşamından da danışıb: PSJ ilə müqaviləm var. Komanda yoldaşlarımla xoşbəxtəm və sadəcə, buradakı hekayəmi düşünürəm.

Şoumendən hamilə qalan müğənnidən etiraflar

15 Fevral 2018 12:04

Şoumen Mehmet Ali Ərbildən hamilə qalması xəbərləri ilə gündəm olan gənc müğənni Nevin məkanların birindən çıxarkən kameralara tuş gəlib. İfaçı şoumenlə bağlı gözlənilməz açqılamalar verib.

Türk Silahlı Qüvvələri AÇIQLADI

15 Fevral 2018 12:03

Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində “Zeytun budağı”  əməliyyatı zamanı həlak olan terrorçuların sayı açıqlanıb. Olaylar.az bildirir ki, əməliyyat zamanı 1528 terrorçu məhv edilib.

Azərbaycanda boşanmaların sayı 11%-ə yaxın artıb

15 Fevral 2018 12:02

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. 2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb.  

Nüşabənin əri ilə FOTOsu tənqid edildi

15 Fevral 2018 12:01

Əməkdar artist Nüşabə Ələsgərli son günlər həyat yoldaşı ilə tez-tez fotolarını paylaşır.  Ötən gün müğənni yenidən əri ilə şəklini İnstaqram-da yerləşdirib. Nüşabə eyni zamanda həyat yoldaşının 14 fevral - Sevgililər günü münasibətilə onun üçün aldığı hədiyyənin də görüntülərini yayıb.

Mətanəti sevən kişi illər sonra qarşısına çıxdı - Canlı yayımda GÖZLƏNİLMƏZ QONAQ - VİDEO

15 Fevral 2018 12:00

Dünən "5/5"-də əməkdar artist Mətanət İsgəndərli sürprizlə qarşılaşıb. Verilişin aparıcısı Zaur Kamalın Mətanətə "Sevgililər günü"ndə etdiyi bu sürpriz onun yadından asan çıxacaq kimi görünmür. Belə ki, aparıcı müğənniyə onu gəncliyində sevən bir kişinin illər sonra "Sevgililər günü" ilə bağlı ona müraciət etdiyini deyib. Zaur ailəli, artıq nəvə sahibi olan həmin şəxsin kameralarına etdiyi etirafı monitorda nümayiş etdirib. Mətanət İsgəndərli baş verənləri heyrət içində izləyib.

Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilsin"

15 Fevral 2018 11:57

"Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və siyahıları mətbuatda dərc etsinlər".

Çində “quş qripi”nin yeni növü tapılıb

15 Fevral 2018 11:55

Çinin Tsyanzsu vilayətində təhlükəli “quş qripi”nin yeni H7N4 növüm tapılıb. Bu virus tibb elminə məlum olan H5N1 virusdan bəzi fərqli pataloji xüsususiyyətlərlə seçilir. Virus bir toyuq fermasının sahibi olan 68 yaşlı qadında tapılıb.

MSK sədri: "Bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirildiyini qəbul etdirməliyik"

15 Fevral 2018 11:48

"Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün əsas şərt ictimai-siyasi sabitlikdir. Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

15 Fevral 2018 11:43

Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb. Məlumata görə, görüşdə prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirib. 

Azərbaycanda oğlanlarla qızlar arasında nisbət pozulub

15 Fevral 2018 11:42

Ötən il Azərbaycan əhalisinin sayı 88 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvarın 1-nə 9 898 085 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında bildirilib. Məlumata görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

Üzgüçülük üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

15 Fevral 2018 11:40

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində  üzgüçülük üzrə “Qızıl balıq”  Bakı şəhər açıq birinciliyi keçirilib.