Çində “quş qripi”nin yeni növü tapılıb

Çinin Tsyanzsu vilayətində təhlükəli “quş qripi”nin yeni H7N4 növüm tapılıb. Bu virus tibb elminə məlum olan H5N1 virusdan bəzi fərqli pataloji xüsususiyyətlərlə seçilir. Virus bir toyuq fermasının sahibi olan 68 yaşlı qadında tapılıb.

Çinin Tsyanzsu vilayətində təhlükəli "quş qripi"nin yeni H7N4 növüm tapılıb. Bu virus tibb elminə məlum olan H5N1 virusdan bəzi fərqli pataloji xüsususiyyətlərlə seçilir. Virus bir toyuq fermasının sahibi olan 68 yaşlı qadında tapılıb. Qəflətən halı pisləşən qadın
xəstəxanaya yerləşdirilib. Burada qadından alınan qan örnəklərində H7N4 virusu aşkarlanıb. Üç həftə xəstəxanada karantin bölümündə müalicə alan qadın sağalıb və evinə göndərilib . Qadınla yaxın təmasda olan qohumlarında və ferma işçilərində "quş qrip"i müəyyən edilməyib.
Xəbəri "Olaylar" ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31