Gündəm
Ermənilər 127 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.
Mübariz Qurbanlı cəbhə bölgəsində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-a daxil olan məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərində Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinlərini qəbul edəcək.
Atatürk prospektinin köməkçi yolunda təmir-tikinti işləri aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədi ilə təmir-tikinti işləri aparılır.
İsrail hökuməti erməni lobbisinə fürsət vermədi
İsrail parlamenti fevralın 14-də növbəti dəfə “erməni soyqırımı” haqqında qanun layihəsini 41 səs “xeyr” və 28 səs “hə” ilə rədd edib. Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, qanun layihəsini bu dəfə “Eş Atid” partiyası irəli sürüb. Hansı ki, həmin partiyanın parlamentdə cəmi 11 deputatı var: “Partiyanın lideri “erməni soyqırımı” qanun layihəsinə səsverməyə çağırarkən erməni lobbisinin müxtəlif yerlərdə istifadə etdiyi və səsləndiriyi tezisi təkrarlayıb: “Adolf Hitler yəhudilərin qətliamına qərar verərkən demişdi ki, ermənilərin soyqırmını heç kim xatırlamır”.
Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
Albaniya Respublikasının Prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu məqsədlə Albaniya Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulub.
Misir dünya uşaqlarının gözü ilə…
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misirdə keçirilmiş “Misir dünya uşaqlarının gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsində qalib gəlmiş azərbaycanlı gənc rəssamların mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi çıxışında bildirib ki, Misir dünya uşaqlarının gözü ilə adlı rəsm müsabiqəsi 1990-cı ildən etibarən keçirilir. “Hər il bu beynəlxalq müsabiqədə 140-dan çox ölkə iştirak edib. Son illər Azərbaycan təmsilçilərinin yüksək nailiyyətlər əldə etməsi çox qürürverici bir haldır.
Milli Məclis fevralın 23-də yığışacaq
Milli Məclisin fevralın 23-də keçiriləcək iclasın gündəliyi açıqlanıb. “Olaylar” xəbər verir ki, iclasda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi və təhsil sahəsində əməkdaşlıq sazişlərinin təsdiq olunması haqqında, “Patent haqqında” qanunda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunda, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda, “Dövlət rüsumu haqqında” qanunda, “Baytarlıq haqqında” qanunda, “Fitosanitar nəzarət haqqında” qanunda, “Yeyinti məhsulları haqqında” qanunda, “Standartlaşdırma haqqında” qanunda, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında” qanunda və “Texniki tənzimləmə haqqında” qanunda dəyişikliklər edilməsi haqqinda qanun layihələri müzakirə ediləcək. İclasın gündəliyinə, həmçinin Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də daxildir.
Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək
Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərməyə hazırdır. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu barədə fevralın 14-də İqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşündə bildirilib.
Rusiyada ata evi yandırıb, üç uşaq yanaraq ölüb
Rusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib. Məlumata görə, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib. Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib.
Alimlər: "İstanbul su altında qala bilər"
Elm adamları qlobal dəniz səviyyəsindəki artımın son 25 ildə daha da sürətləndiyi barədə xəbərdarlıq edib. ABŞ-ın Kolorado Universitetinin, Cənubi Florida Universitetinin və Old Dominion Universitetinin alimləri qlobal dəniz səviyyəsinin 1990-cı illərdə ortalama 2,5 millimetr, bu gün isə 3,4 millimetr yüksəldiyini bildiriblər.
Orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişdi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları"nda dəyişiklik edib. “Olaylar”ın məlumatına görə, indiyə qədər qüvvədə olan Qaydaya əsasən ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməli idilər.
İlham Əliyev: “Cәnub Qaz Dәhlizi bizim ölkә üçün bir çox mәnfәәtlәrә yol açıb”
“Cәnub Qaz Dәhlizi bizim ölkә üçün bir çox mәnfәәtlәrә yol açıb”. Bunu Azәrbaycan Prezidentiİlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
Bu sürücülərə yeni cərimə tətbiq olunur
Azərbaycanda beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqrafı olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.
Irak’ın yeniden imarına en büyük destek Türkiye’den
Türkiye, Irak’ın yeniden imar ve istikrarı için 5 milyar dolar kredi kolaylığının yanı sıra 50 milyon dolarlık insani ve kalkınma yardım projeleri için kredi taahhüdünde bulundu. Irak’ın DEAŞ terör örgütünden kurtarılmasının ardından yeniden imarını amaçlayan taahhüt konferansı niteliğindeki “Irak’ın Yeniden İmarı Uluslararası Konferansı"nda en büyük taahhüdü Türkiye verdi. Kuveyt’te bugün düzenlenen konferansa 70’ten fazla bağışçı ülke ve uluslararası kuruluş katılırken, Irak, konferans çalışmaları sırasında başta altyapı, su, enerji, inşaat ve teknoloji olmak üzere 157 yatırım projesini gündeme getirdi.
Ve beklenen oldu: Zuma istifa etti
Güney Afrika Cumhurbaşkanı Jacob Zuma görevinden istifa etti. Zuma, böylece iktidar partisi Afrika Ulusal Kongresi'nin (ANC) dokuz yıllık bir siyasi geçmişin ardından görevine son verilmesi emrini yerine getirmiş oldu. Güney Afrika’nın iktidar partisi Afrika Ulusal Kongresi’nin (ANC) yönetim kurulu, Cumhurbaşkanı Jacob Zuma’nın görevden alınmasına karar vermişti. Skandallarla dolu bir siyasi geçmişi olan Zuma, ırk ayrımcılığının sona erdiği 1994 yılından beri iktidarda olan ANC içinde ciddi bölünmelere yol açmıştı. ANC 24 yıl önce, ırkçı ‘apartheid’ politikasının yıkılmasıyla siyah çoğunluk yönetimini Nelson Mandela iktidarıyla başlatmıştı.













