İsrail hökuməti erməni lobbisinə fürsət vermədi

İsrail parlamenti fevralın 14-də növbəti dəfə  “erməni soyqırımı” haqqında qanun layihəsini 41 səs “xeyr” və 28 səs “hə” ilə rədd edib. Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, qanun layihəsini bu dəfə “Eş Atid” partiyası irəli sürüb. Hansı ki, həmin partiyanın parlamentdə cəmi 11 deputatı var: “Partiyanın lideri “erməni soyqırımı” qanun layihəsinə səsverməyə çağırarkən erməni lobbisinin müxtəlif yerlərdə istifadə etdiyi və səsləndiriyi tezisi təkrarlayıb: “Adolf Hitler yəhudilərin qətliamına qərar verərkən demişdi ki, ermənilərin soyqırmını heç kim xatırlamır”.

İsrail parlamenti fevralın 14-də növbəti dəfə  "erməni soyqırımı" haqqında qanun layihəsini 41 səs "xeyr" və 28 səs "hə" ilə rədd edib. Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, qanun layihəsini bu dəfə "Eş Atid" partiyası irəli sürüb. Hansı ki, həmin partiyanın parlamentdə cəmi 11 deputatı var: "Partiyanın lideri "erməni soyqırımı" qanun layihəsinə səsverməyə çağırarkən erməni lobbisinin müxtəlif yerlərdə istifadə etdiyi və səsləndiriyi tezisi təkrarlayıb: "Adolf Hitler yəhudilərin qətliamına qərar verərkən demişdi ki, ermənilərin soyqırmını heç kim xatırlamır". Bu sözlərin Hitlerə məxsusluğu "erməni soyqırımının" varlığı qədər saxtadır, ortada sübut və ya yazılı sənəd yoxdur. Parlamentdə çıxış edən İsrail xarici işlər nazirinin müavini Sipi Hotoveli deputatları qanun layihəsinin əleyhinə səs verməyə çağırıb". Politoloqun sözlərinə görə, erməni lobbisi düşünüb ki, İsrailin Türkiyə ilə soyuq münasibətindən yararlanmağın zamanıdır: " Buna baxmayaraq, İsrail hökuməti erməni lobbisinə fürsət verməyib və bu zaman yalnız Türkiyə ilə deyil, Azərbaycanla münasibətləri də əsas götürüb. Elə qanun layihəsinin rədd edilməsini əsaslandıran israilli ekspertlər bu məqama diqqət yetirirlər ki, İsrailin Ermənistanla münasibətləri soyuq olduğu halda Azərbaycanla geniş əməkdaşlıq mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31