Rusiyada ata evi yandırıb, üç uşaq yanaraq ölüb
Rusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib. Məlumata görə, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib. Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib.
15 Fevral 2018 11:20 DünyaRusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib. Məlumata görə, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib. Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib. Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər ki, ilkin ehtimala görə, yanğın qəsdən törədilib. Hadisədə şübhəli bilinən uşaqların atası saxlanılıb. O yanğını qəsdlə törətdiyini etiraf edib. 25 yaşlı ata bildirib ki, sərxoş vəziyyətdə evi və əşyaları yandıraraq qaçıb. O bu əməli hansı səbəbdən törətdiyini açıqlamayıb. Apa.az RİA "Novosti"-yə istinadən xəbər verir.