Əvvəlcə söhbətə cəlb edilir, sonradan şəkillər əldə edilir

Son vaxtlar telefon və internet vasitəsilə şantaj olunaraq xəyanətdə ifşa edilən gəlinlərin, bəzi hallarda isə ərlərin hesabına ailələrin dağılması halları artmaqdadır. Artıq çox böyük sosial bəlaya çevrilən belə faktlar deməyə əsas verir ki, çoxsaylı qız-gəlinlərin belə şərəfsiz şantajistlərin toruna düşmə ehtimalı var. Bəz, belə halların qarşısını necə almaq olar? Məsələ ölkə qanunvericiliyində necə tənzimlənir?

Sosial şəbəkələrdə şantajdan xilas olmaq mümkündürmü?

Son vaxtlar telefon və internet vasitəsilə şantaj olunaraq xəyanətdə ifşa edilən gəlinlərin, bəzi hallarda isə ərlərin hesabına ailələrin dağılması halları artmaqdadır. Artıq çox böyük sosial bəlaya çevrilən belə faktlar deməyə əsas verir ki, çoxsaylı qız-gəlinlərin belə şərəfsiz şantajistlərin toruna düşmə ehtimalı var. Bəz, belə halların qarşısını necə almaq olar? Məsələ ölkə qanunvericiliyində necə tənzimlənir?
Vəkil Rövşən Qasımov bildirib ki, şantaj qanunda hədə-qorxu kimi nəzərdə tutulan cinayət əməlidir. Cinayət Məcəlləsinin 182-ci maddəsində hədə-qorxu ilə tələb etmə, onların barəsində rüsvayedici məlumatları yaymaya görə 3 ildən 8 ilə kimi azadlı qdan məhrum etmə nəzərdə tutulur: "Bu istiqamətdə baş verən hadisələr deməyə əsas verir ki, bəzi hallarda hətta az müddətin gəlini olan şəxs də telefon və ya komputer vasitəsilə sosial şəbəkələrə daxil olur. Əvvəl sadəcə, söhbətə cəlb edilir, sonradan müxtəlif şəkillər əldə edilir, şantaj edilərək yoldan çıxarılır və nəticədə ifşa olunaraq həyatı alt-üst olur. Burada təbii ki, söhbət qanında əxlaqsızlıq olanlardan getmir. Bu halı əxlaqsızlıqla səhv salmaq olmaz. İnternetin, sosial şəbəkələrin xəstəlik kimi bəla olduğunu unutmamaq olmaz. Nəzərə almaq lazımdır ki, bu hallar adətən sıralanan ardıcıllıqla başlayır. Əvvəl, telefona "təsadüfi" zəng və ya sosial şəbəkə vasitəsilə şəbəkədə olan təsadüf və ya bilərəkdən yönləndirilən mesaj gəlir. Sonradan bu "təsadüf"lər, mesajlar təkrarlanır. Xislətən gizliliyə meyilli yaradılan insanda, istər qız olsun, istər gəlin, istər ər, yaxud da 5 uşağın anası olsun, birinci mərhələdə bu "təsadüfi" zənglərə, mesajlara əyləncə kimi baxılır və ilk səhv addım atılır. Buna ilk zamanlar əyləncə, vaxt keçirmə kimi vaxılır. Lakin, bu "əyləncə" prosesində qarşı tərəfin təhriki və yönləndirməsi ilə müəyyən şəkillər, videolar, şəxsi-intim məlumatlar paylaşılır. Bir azdan prosesin ikinci: şantaj mərhələsi başlanır. Qarşı tərəf onda olan məlumatları internetdə yayacağı, qız-gəlinin atasına, ərinə göndərəcəyi hədəsilə şəxsi görüş tələb edir. Bu qorxu altında bəzən vicdansızlıq edənlər də olur. Yəni, evində anasının bacısının, qızının olduğunu unuduraq, başqasının anasını bacısıini qızını çirkaba çəkirlər". Onun sözlərinə görə, bu prosesdən sonra ikinci ən böyük səhv buraxılır: "Düşdüyü vəziyyət barədə ərinə, qardaşına, atasına və ya polisə məlumat vermək əvəzinə, şantaja tabe olaraq görüşə çıxırlar. Bu görüş də onların son və həlledici səhvlərindən olur. Qarşı tərəf bu görüşü videoya alaraq şantajı davam etdirir. Bəzən də vapçat və ya digər sosial yazışma ünvanlarinda yazişmalari "sübut" kimi saxlayaraq hədə qorxu gəlməklə şantajda istifadə edirlər. Şantaja məruz qalanlar çıxış yolunu tələblərin yerinə yetirilməsində görərək, "bataqlıq evvekti"nin qurbanı olurlar, çabaladıqca daha çox batırlar".
Vəkil bildirib ki, istənilən şəxs belə "əyləncə"lərin, maraqların qurbanına çevrilə bilər. Heç kim səhv etməkdən sığortalanmayıb. Odur ki, belə bataqlığa düşməmək üçün müyyən addımlar aılmalıdır: "Əvvəla, çalışın ki, belə "təsadüfi" zənglərə və mesajlara cavab verməyəsiniz və ya bu barədə dərhal yaxınlarınıza, polis orqanlarına xəbər verəsiniz. Əlbətdə başa düşülməyə bilərsiniz. Amma bu sizin daha dərin quyuya düşüb xəyanətdən, əxlaqsızlıqdan xilas edə bilər. İkincisi, şantaj olunduğunuzu görəndə, heç tərəddüd etmədən, o vaxtadək buraxdığınız səhvə (danışıq və yazışmalar) görə yaxınlarınızdan üzr istəmək, bağışlanmaq diləməklə, şantajçının ifşa edilməsinə çalışasınız. Ən doğru olanı budur. Bu mərhələdə bağışlanmaq, xilas olmaq ehtimalınız daha çoxdur, nəinki açıq əxlaqsızlıqda ifşa edilmənizdən sonra. Ətrafımızda, aramızda olan belə namussuzları ifşa edərək onlardan xilas olmalı, təcrübəsizlik üzündən səhv buraxan qız-gəlinlərimizi, ailələrimizi xilas etməliyik. Ona görə də yaxınlarınızla elə bir ünsiyyət qurun ki, onlar hər bir səhfi zamanı sizlərdən kömək görəcəklərinə əmin olsunlar və bataqlığa düşüb batıb məhf olmaqdan xilas olsunlar. Sizin doğru davranışınız, anlayışınız bu oyuna gətirilənləri daha ağır bəladan xilas edə bilər".
Xatırladaq ki, ölkə qanunvericiliyində sosial şəbəkələrdə şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmış, eləcə də şər və böhtana, şantaya məruz qalmış hər hansı bir şəxsin öz hüquqlarını qorumaq üçün dəqiq üsul və qaydalar müəyyən edilib. Qeyd edilməlidir ki, bəzi hallarda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə böhtan atma, təhqir etmə və şantay əməllərinin törədildiyini nəzərə alan qanunverici orqan 2016-cı ildə Azərbaycan Respublikasının CM-nə 148-1-ci maddə əlavə etməklə bu cür əməlləri də cinayət hesab edərək sanksiyalaşdırıb. Qanunvericiliyə əsasən "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni, ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Bu isə o deməkdir ki, vətəndaşların böhtan, təhqir və şantajdan müdafiəsi üçün qanunvericilik bazası mövcuddur. Sadəcə, şantajçıların toruna düşməməkdən ötrü "əyləncə axtarışı"ndan yan keçmək tələb olunur.
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31