Gündəm
Demokratik İslahatlar Partiyası seçki qərarını açıqladı
Demokratik İslahatlar Partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqlayıb. DİP-dən “Olaylar”a verilən məlumata görə, partiyasının Siyasi Şurası 2018-ci il aprelin 11-nə təyin olunmuş Azərbaycan Respublikası Prezidenti seçkiləri və partiyanın seçkidə iştirak forması ilə bağlı məsələləri müzakirə edərək müvafiq qərar qəbul edib. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər.
ABŞ-dan Ermənistana rus silahları ilə bağlı SƏRT XƏBƏRDARLIQ: Qarabağda...
ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlıq edib. Bu barədə “Aykakan Jamanak” qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib. Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.
Ramazan ayının DƏQİQ başlama vaxtı - 16 may deyil / QMİ-dən AÇIQLAMA
Ramazan ayının başlanma tarixi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yalan çıxıb. Sosial şəbəkədə Ramazan ayının 2018-ci ilin may ayının 16-da başlanacağı ilə bağlı məlumat yayılıb. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) yayılan bu informasiyanı təkzib edib.
Yanvar ayında əlavə olaraq 18770 nəfərə fərdi şəxsi hesab açılıb
Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18770 nəfərə fərdi şəxsi hesab açılıb.
“Faiq Ağayevi sevirəm” - 4 uşaq anası Elnarə Xəlilova - VIDEO
2 insana eşq etiraf etmək istəyirəm. ARB TV-nin "Sayqa İlə bu axşam" proqramının növbəti qonaqları xalq artisti Faiq Ağayev və müğənni Elnarə Xəlilova olub.
AYRILIRLAR…
Türkiyəli müğənni Mustafa Sandal və müğənni həyat yoldaşı Eminə Sandal ayrılırlar. Olaylar.z bildirir ki, bu haqda xəbəri sənətçi Seren Serengil öz proqramında açıqlayıb. Seren Mustafa ilə telefonda danışdığını, cütlüyün iki həftədən sonra boşanacağını bildirib.
Azərbaycanlı qızın bu görüntüsü dünyada İZLƏNMƏ REKORDU QIRDI - VİDEO
Ötən ilin noyabr ayında Sevinc Abbasovanın bacısı qızı ilə olan videosu 2017-ci ildə dünya trendləri siyahısına girdi.
Əməkdar artistin qızı ilə kürəkəni gəzintidə - Özəl fotolar
Əməkdar artist Elza Seyidcahanın qızı Gülşən ailəsi ilə birgə gəzinti zamanı fotokameramıza tuş gəlib. Gülşən həyat yoldaşı Elxan və qızı Səmərrüxla gəzintiyə çıxdıqlarını deyib: “Uşağı tez-tez havaya çıxarırıq. Bu gün də alış-veriş etməyə çıxmışdıq, həm də özəl gündür. Yoldaşım Elxanın mənə sürprizi var. Səmərruxsuz da sürpriz olmaz deyə, onu da özümüzlə götürdük”.
Rusiyada “YouTube” çökdü
Rusiyada "YouTube" videoportalının fəaliyyətində qüsurlar yarandığı barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə bir çox rusiyalı istifadəçi portalda videoların işə düşmədiyini bildirib. Bu qüsurların fevralın 14-ü səhər saatlarından başladığı məlum olub. Bununla belə, bu gün də "YouTube" videoları Rusiya ərazisində açılmır.
Vaşinqtondan Kremlə qarşı YENİ QARABAĞ PLANI
“ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və Ermənistanın Rusiyadan silah almasını azalda bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ-ın bu planı baş tutarsa, Dağlıq Qarabağ cəbhəsində hərbiləşmə də azalacaq: “Lakin bu tərəflərin münaqişənin nizama salınmasına nail olacağı demək deyil. Mümkündür ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aktivləşəcək və yeni həll planları hazırlayacaq”.
Sumqayıtda Doğum evinin baş həkimi işdən niyə çıxarıldı?
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 2 nömrəli Doğum Evinin baş həkimi Arzu Məhərrəmova işdən çıxarılıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Xeberle.com-a baş həkimin işdən azad olunmasının səbəbləri açıqlanıb: "Arzu Arif qızı Məhərrəmovanın işdən çıxarılma səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının araşdırmaları nəticəsində və Səhiyyə naziri Oqtay Şirəliyevin əmri əsasında işində verdiyi nöqsanlara görə olub".
İqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafını təmin edəcək
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar beynəlxalq təşkilatlar ərəfindən də müsbət dəyərlədirlir. Məlum olduğu kimi bir müddət öncə Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Belə ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.
Əməkdar artist qadın tərəfindən şantaj olundu - VİDEO
Space televiziyasında yayımlanan "Nahara qədər" verilişinin qonağı olan tanınmış aktyor və teleaparıcı əməkdar artist Əkbər Əlizadə özü ilə bağlı şok fakt açıqlayıb. Bir qadın aparıcını şantaj edərək, anası olduğunu iddia edib: "Bu faktı heç yerdə açıqlamamışam, ilk dəfədir ki, burda deyirəm. Canlı veriliş gedə-gedə mənə dedilər ki, anan gəlib, səni qapıda mühafizəçilərin yanında gözləyir.
Boşanmaq istəyən arvadını iş yerində güllələdi, sonra qızı və özünü vurdu - VİDEO
Türkiyənin Denizli şəhərinin Sarayköy qəsəbəsində, boşanma ərəfəsində olduğu arvadı Ayşe Şahinin işlətdiyi mağazaya gedən Oktay Şahin düşən mübahisə sonrası tüfənglə ona və qızı Nurdan Şahinə (15) atəş açıb.
Prezident: "Avropa İttifaqı ilə yeni saziş əməkdaşlıq üçün yeni format yaradacaq"
“Bakı-Tbilisi-Qars” dəmiryolu xətti Avropa ilə Asiya arasında ən qısa marşrutdur”. Bunu Azәrbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışında deyib.














