Gündəm

AMEA Naxçıvan Bölməsi hesabat verib

15 Fevral 2018 15:39

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib.

Binə sakininin evində marixuana aşkar edilib

15 Fevral 2018 15:38

Binə qəsəbə sakini Mail Ağayevin evində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır. 

Axtarışda olan oğurluğa görə tutuldu

15 Fevral 2018 15:37

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 14-də Şəmkir şəhərində şəhər sakini Elmar Ramazanova məxsus “VAZ-2107” markalı avtomobildən gödəkçə və içərisində sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən rayon sakini Rövşən Bayramlı Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil verilib. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Əkizlər bu dəfə Röyanı təkrarladı – FOTOLAR

15 Fevral 2018 15:35

Xəbər verdiyimiz kimi, bu gün Sevil-Sevinc Səfərovalar “Nədir dərdin” mahnısına çəkdirdikləri klipə təqdimat mərasimi keçiriblər.

Maşın ağaca çırpıldı - sərnişin öldü

15 Fevral 2018 15:36

Bərdə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 15-də saat 1 radələrində Bərdə şəhərində şəhər sakini Nicat Kamranzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişini, həmyerlisi Tural Allahverdiyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

"Şəhrizad" baletinin tamaşası nümayiş olundu

15 Fevral 2018 15:33

Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rinski-Korsakovun "Şəhrizad" baletinin tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, balet tamaşasında əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova (Zübeyda) və Əməkdar artist Samir Səmədov (Zübeydanın sevimli qulu) ifa ediblər.

Qəbələ rayonunda təlim təşkil olunub

15 Fevral 2018 15:32

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən oxucu və turistlərlə işin yeni formatlarda təşkilinə həsr olunmuş kitabxana əməkdaşları üçün təlim təşkil olunub. Olaylar.az bildirir ki, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən və Nazirliyin pilot layihəsinin icrasına cəlb olunmuş kitabxanaçılar üçün təşkil olunmuş sözügedən təlimdə Mərkəzin əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin mütəxəssisləri də iştirak edib.

Kərimdən xanımına "Sevgililər günü" hədiyyəsi

15 Fevral 2018 15:32

Müğənni Kərim Abbasov “Həyat yoldaşı” adlı klipini təqdim edib.  Məlumata görə, sənətçi bildirib ki, mahnının musiqisi özünə, sözləri Nüsrət Kəsəmənliyə aiddir. Kərim bəstəni “Sevgililər günü”ndə həyat yoldaşına hədiyyə etdiyini deyib:

Bosforda maraqlı qarşılaşma

15 Fevral 2018 15:30

Ötən axşam İstanbul Boğazında gərgin anlar yaşanıb. Belə ki, Qara  dənizdən Mərmərə dənizinə keçən İngilis Krallıq Hərbi Dəniz Donanmasının HMS Enterparayz radio kəşfiyyat gəmisi Qara dəniz istiqamətindən Mərmərə dənizi istiqamətinə hərəkət edən Rusiya Qara Dəniz Hərbi Donanmasına aid KIZIL-60 yük gəmisi ilə boğazda qarşılaşıblar və hər iki gəmi çox təhlükəli yaxınlıqdan təxmini 20-30 metr məsafədən keçiblər. Olayın şahidləri və Britaniya Hərbi Dəniz Qüvvələri hadisəni təsdiqləyiblər.

Əflatun Amaşov: "Azərbaycan mətbuatı şərəfli yol keçib"

15 Fevral 2018 15:27

Azərbaycan jurnalistlərinin  martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu,  “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanov və bu sətirlərin müəllifinin iştirakı ilə baş tutan səmimi görüşdə etdiyimiz söhbəti oxuculara təqdim edirik.

Hərbi Hava Qüvvələrinin 26-cı ildönümü qeyd edilib

15 Fevral 2018 15:22

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 26-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

Amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək

15 Fevral 2018 15:21

Uzun illərdir ABŞ-ın Nyu York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən, “My Way Development Center" uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşkilatçılığı ilə amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki,"Azərbaycan amerikalı uşaqların gözü ilə” adlı sərginin açılışı fevralın 16-da Bakıdakı "Xatai Art Center"-də olacaq.

Binəqədidə daha bir küçənin yenidən qurulması yekunlaşır

15 Fevral 2018 15:21

Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqruma işləri isə yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, söhbət 945 metr uzunluğa malik Məsud davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub

15 Fevral 2018 15:19

Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri  plana uyğun olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

İnnovativ sənayenin inkişafına həsr olunmuş Konfrans keçirilib

15 Fevral 2018 15:16

Fevralın 15-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın innovativ sənaye trendləri: mövcud potensialı, inkişafı və perspektivləri” mövzusunda Konfrans keçirilib.