Binəqədidə daha bir küçənin yenidən qurulması yekunlaşır

Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqruma işləri isə yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, söhbət 945 metr uzunluğa malik Məsud davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.

Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqruma işləri isə yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, söhbət 945 metr uzunluğa malik Məsud davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.

Aparılan yenidənqurma işləri zamanı küçənin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə "cib"li dayanacaq hissələr yaradılıb.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31