Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub

Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri  plana uyğun olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunan şöbə və bölmələrdəki vəziyyətlə tanış olan nümayəndələr personalın gündəlik iş fəaliyyəti ilə də bağlı məlumatlandırılıb. Tibbi heyətlə ümumi söhbətindən və gördüklərindən məmnunluğunu ifadə edən F.Həsənov buradakı vəziyyətdən də tam razı qaldığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31