Sumqayıtda Doğum evinin baş həkimi işdən niyə çıxarıldı?

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər  2 nömrəli Doğum Evinin baş həkimi Arzu Məhərrəmova işdən çıxarılıb.  Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Xeberle.com-a baş həkimin işdən azad olunmasının səbəbləri açıqlanıb: "Arzu Arif qızı Məhərrəmovanın işdən çıxarılma səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının araşdırmaları nəticəsində və Səhiyyə naziri Oqtay Şirəliyevin əmri əsasında işində verdiyi nöqsanlara görə olub".

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər  2 nömrəli Doğum Evinin baş həkimi Arzu Məhərrəmova işdən çıxarılıb.  Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Xeberle.com-a baş həkimin işdən azad olunmasının səbəbləri açıqlanıb: "Arzu Arif qızı Məhərrəmovanın işdən çıxarılma səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının araşdırmaları nəticəsində və Səhiyyə naziri Oqtay Şirəliyevin əmri əsasında işində verdiyi nöqsanlara görə olub". Mətbuat xidmətindən o da bildirilib ki, hazırda 2 nömrəli Doğum Evinin baş həkimi vəzifəsi müvəqqəti olaraq  Sevinc İsa qızı Şahverdiyevaya həvalə olunub.

Qeyd edək ki, S. Şahverdiyeva həmçinin Sumqayıt 1 nömrəli Doğum Evində həkim-ginekoloq vəzifəsində çalışır. Xeberle.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31