Radikal düşərgə seçkilərdən niyə imtina etdi?
Azərbaycan mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsindədir. Belə ki, aprelin 11-də ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Bu seçkilərin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra bir ilk olduğunu nəzərə aldıqda seçki mübarizəsinə daha çox namizədin qoşulacağı ehtimalı ortaya çıxırdı. Ancaq müşahidə etdiyimiz mənzərə bir qədər fərqli situasiyanı ortaya qoyur. Belə ki, seçki dövrünə az bir müddət qalmasına baxmayaraq hələlik o qədər də çox sayda şəxs öz iddiasını ortaya qoymayıb. Xüsusilə, bu hal müxalifət düşərgəsində müşahidə edilməkdədir. 1993-cü ildən hakimiyyət uğrunda mübarizə üçün çalışan müxalifət, daha dəqiq desək onun radikal qanadı nədənsə prezident seçkilərinə qatılmaqdan imtina edib.
15 Fevral 2018 14:31 SiyasətƏsassız bəhanələr, gülünc doğuran arqumentlər
Azərbaycan mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsindədir. Belə ki, aprelin 11-də ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Bu seçkilərin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra bir ilk olduğunu nəzərə aldıqda seçki mübarizəsinə daha çox namizədin qoşulacağı ehtimalı ortaya çıxırdı. Ancaq müşahidə etdiyimiz mənzərə bir qədər fərqli situasiyanı ortaya qoyur. Belə ki, seçki dövrünə az bir müddət qalmasına baxmayaraq hələlik o qədər də çox sayda şəxs öz iddiasını ortaya qoymayıb. Xüsusilə, bu hal müxalifət düşərgəsində müşahidə edilməkdədir. 1993-cü ildən hakimiyyət uğrunda mübarizə üçün çalışan müxalifət, daha dəqiq desək onun radikal qanadı nədənsə prezident seçkilərinə qatılmaqdan imtina edib. Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası prezident seçkilərinə qatılmamaq barədə qərar verib. Onlardan fərqli olaraq isə BAXCP, Müasir Müsavat Partiyası, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP seçki mübarizəsində iştirak etmək iddiasını ortaya qoyub. Həmçinin millət vəkili Zahid Oruc, eləcə də Araz Əlizadə seçkilərdə öz qüvvəsini sınamaq niyyətindədirlər. Ölkənin bir nömrəli postu uğrunda mübarizəyə qoşulmaq istəyini açıqlayanlar artıq seçki hazırlıqlarına da start veriblər.
Bəs görəsən müxalifətin radikal qanadı hansı səbəbdən seçki mübarizəsindən kənarda qalmağa üstünlük verdi? Hakimiyyətə gəlmək uğrunda dəridən-qabıqdan çıxan müxalifət nə üçün yaranmış bu fürsətdən faydalanmaq istəmir? Əslində cavab kifayət qədər açıq və aydın, eləcə də cəmiyyətə bəlli olsa da, ancaq bütün halda müxalifətin hansı səbəbdən seçki prosesindən kənarda qalmasına aydınlıq gətirmək istərdik. Ümumilikdə götürdükdə radikalların seçki mübarizəsinə qoşulmamasını onların sosial bazasının olmaması ilə əlaqələndirə bilərik. 25 ildir siyasi səhnədə heç bir uğur əldə edə bilməyən bu qüvvələr ötən illər ərzində təbii oiaraq xeyli sayda elektorat itiriblər. Həm Azərbaycan Xalq Cəbhəsi Partiyası, həm də Müsavatı bu illər ərzində kifayət qədər ağır fiqurlar təırk edib ki, bu da həmin partiyaların elektorat, sosial baza qıtlığına səbəb olub. Bunu həmin qüvvələrin müntəzəm olaraq təşkil etdikləri aksiyalar zamanı da aydın şəkildə görə bilirik ki, radikalların keçirdikləri aksiyalara çox məhdud sayda insanlar qatılır. Təbii ki. sosial bazası zəif olan, elektoratı olmayan bir siyasi partiyanın, təşkilatın seçkiyə gedib biabırçı durumda məğlub olmasından seçki mübarizəsinə qoşulmaması daha məqsədəuyğundur. Və bunu da müxalifət liderləri çox yaxşı başa düşürlər. Hətta onlar seçki prosesinin birinci mərhələsində, namizədin xeyrinə imzatoplama mərhələsində lazım olan qədər imza toplaya bilməyəcəklər. Bunu radikal düşərgədən seçki mübarizəsinə qoşulmayan hər bir partiyaya şamil etmıək mümkündür. Digər tərəfdən artıq radikallara ənənəvi beynəlxalq dairələr, Azərbaycandakı seçki prosesinə müdaxilə etmək niyyətində olan qüvvələr də stavka etmirlər. Çünki indiyə qədər onlara göstərilən "etimadı" radikal düşərgə doğrulda bilməyib. İstər seçkilər, istərsə də ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlik kütləvi aksiyalar məsələsində xarici dairələrin radikal düşərgəyə sərf etdiyi milyonlarlar dollar vəsaitlər belə demək mümkünsə havaya sovrulub, şəxsi məqsədlərə xərclənib. Ona görə də Avropadakı ənənəvi havadarlarından müxalifətə seçkidə iştirak barədə təlimat gəlməyib.
Düzdür, sözügedən qüvvələr prezident seçkilərindən imtina etmələrini özlərinə məxsus şəkildə əsaslandırmağa, bunda hakimiyyəti günahlandırmağa çalışsalar da, ancaq reallıq tamamilə fərqli bir situasiyanı ortaya qoyur. Demək olar ki. seçkilərdən imtina edən hər bir partiya bir-birinin sözünü təkrarlayır, eyni havanı oxuyur. Qısaca ayrı-ayrı partiyaların ortaya qoyduğu "əsaslandırmalar" və onun mövcud reallıqla uyğun olub-olmadığına nəzər yetirək.
Azəbaycan Xalq Cəbhəsi Partiyası-Hesab edir ki, prezident seçkilərinə qısa bir vaxt qaldığı və ölkədə nomal seçki mühiti olmadığı üçün 11 aprel seçkilərində iştirak mənasızdır. Fərz edək ki, prezident seçkiləri aprelin 11-də deyil, dekabr ayında, lap gələn il keçirilərdi. O zaman AXCP seçkiyə qatılacaqdımı? Əlbəttə ki, yox. Nədən ki, AXCP sədri ilk növbədə seçki prosesinə qoşulmaq xaricdən üçün təlimat almalıdı idi. İndiki halda isə ona belə bir təlimat verilməyib. İkincisi, Əli Kərimli seçkiyə getsə belə biabırçı durumda seçkidən məğlub ayrılacaqdı. Çünki yuxarıda qeyd etdiyimiz kimi Əli Kərimli də ötən 25 il ərzində ətrafından xeyli sayda nüfuzlu cəbhəçiləri itirib. Daha dəqiq desək öz məkirli planlarından dolayı cəbhəçilər ondan uzaq düşüb. Bu gün Əli Kərimlinin ətrafında yalnız məhdud sayda gənclər var ki, onların da fəaliyyəti sosial şəbəkələrdən o tərəfə çıxa bilmir. Həmin fəaliyyətlər də yalnız və yalnız qeyri-etik çərçivədə özünü büruzə verir. Digər tərəfdən Əli Kərimli ümid edirdi ki, bu ilki seçkilərdə radikal müxalifətin vahid namizədinəı çevriləcək. Çünki əvvəlki seçkilərdə AXCP sədri İsa Qəmbərə güzəşt etmişdi. Və bu dəfə güzəşt limitinin müsavatçılarda olduğunu zənn edirdi. Amma son illərdə bu iki partiya arasınd aonsuz da soyuq olan münasibətlərin bir qədər də gərginləşməsi AXCP sədrinin 2018-ci illə bağlı planlarını alt-üst etdi. Digər tərəfdən AXCP və Müsavat arasında münasibətlər normal məcrada olsaydı belə, hazırkı Müsavat rəhbərliyinin Əli Kərimliyə güzəştə gedəcəyi mümkün görünmürdü. Çünki üzdə bir-birinə xoş görünməyə çalışsalar da, reallıq ondan ibarətdir ki, Müsavat başqanı Arif Hacılının Əli Kərimliyə patoloji nifrəti var. Elə ötən il Əli Kərimlinin Milli Şura adı altında keçirdiyi aksiyalara müsavatçıların qatılmaması barədə Arif Hacılın ciddi tapşırıq verməsi fonunda da bunu aydın görmək mümkündür. Ona görə də Əli Kərimli bütün bunlardan dolayı seçki mübarizəsinə qoşulmaqdan məntiqli şəkildə imtina etdi.
Müsavat Partiyası-Bu partiyanın da seçkiyə qatılmamaq barədə ortaya atdığı iddia AXCP-nin iddiasından fərqlənmir. Qeyd etdiyimiz kimi hər biri eyni havanı təkrarlayır. Seçki prosesinə az vaxt qalıb. Guya seçki prosesinə uzun bir zaman qalsaydı Müsavat Partiyası, eləcə də digər siyasi partiyalar qeyri-adi nəsə edəcəklərdi. Əvvəlki seçkilərə diqqət edək. Ümumiyyətlə, 1993-cü ildən bu tərəfə keçirilən seçkilərə hazırlaşmaq üçün müxalifətin kifayət qədər vaxtı olub. Bu zaman ərzində müxalifət nəyi dəyişə bilib? Təbii ki, heç nəyi. Ona görə də vaxt amilini bəhanə edib seçkilərə qatılmamaq sadəcə gülünc doğurur.
Əslində isə Müsavat Partiyasının seçkilərə qatılmamasının əsas səbəblərindən biri partiyadaxili proseslərlə bağlıdır. İsa Qəmbərin başqanlıqdan getməsindən sonra partiyaya rəhbərliyə gələn Arif Hacılı Müsavatda demək olar ki, diktatura rejimi yaradıb. Onun kimi düşünməyənlərin partiyanın müvafiq qurumları tərəfindən cəzalandırılması bir çoxlarının partiyadan getməsi ilə nəticələndir. Elə bu faktı partiyanı tərk edən sabiq müsavatçılar da açıq şəkildə etiraf edirdilər. Qısacası ötən müddət ərzində Müsavat Partiyası da sosial baza qıtlığı ilə üzləşib və partiya seçkilərə qoşulacağı təqdirdə onun namizədi üçün nəzərdə tutulan imzaları toplamağa belə partiya üzvləri, fəalları tapılmayacaqdı. Qaldı ki, lazım olan imzaların yığılmasını həyata keçirə bilsin. Ona görə də müsavatçıların da seçkilərdən imtinası bəhanədən başqa bir şey deyil.
Azərbaycan Milli İstiqılal Partiyası da prezident seçkilərindən imtina edən siyasi qüvvələr sırasında yer alıb. Bu partiyanın da seçkilərdən imtina etməsinə göstərdiyi əsas gülünc və eyni zamanda AMİP-in özünü təkzibidir desək yanılmarıq. Nədən? Bu suala cavab yapmaq üçün əvvəlcə sözügedən partiyanın seçkilərdən imtina etməsinə gööstərdiyi səbəbə diqqət yetirək. Partiya bəyan edir ki, AMİP-in seçkilərdə iştirak etmək üçün maliyyə imkanları məhduddur. Ardınca isə AMİP seçkiqabağı qeyri-bərabər mühitin olduğunu iddia edir. Lap Molla Nəsrəddinin lotereya lətifəsini xatırladır. Adama deyərlər sən bir ilkin addımı at, namizəd müəyyən et, imza toplamağa başla, sonra seçkiqabağı mühit barədə fikir söylə. Əgər imzatoplama və ya digər prosedurlar zamanı hansısa problemlə üzləşsən, o zaman qeyri-bərabər seçki mühitindən danışarsan. Bax, əsas məsələ, elə namizəd müəyyən etməkdir. Və AMİP açıq şəkildə, səmimi olaraq bəyan edə biıərdi ki, bizim prezident seçkilərində seçki mübarizəsinə qoşula biləcək namizədimiz yoxdur. Və buna görə də milli istiqlalçıları heç kim qınamaz, məzəmmət etməzdi. Çünki bu partiya daxilində mövcud olan durum Azərbaycan cəmiyyətinin hər bir üzvünə gün kimi aydındır. AMİP-dəki durum da ondan ibarətdir ki, milli istiqlalçılar 3 ilə yaxındır ki, özlərinə sədr tapıb seçə bilmirlər. 2015-ci ilin oktyabr ayından Yusif Bağırzadənin AMİP sədrliyindən istefa verməsindən sonra bu partiya toparlanıb özünə sədr seçə bilmir. Partiya qalıb kollegiyal idarəetmə kimi qələmə verdikləri Mərkəzi Şuranın ümidinə. O da iki cüt, bir tək adamdan ibarətdir. Ona görə də milli istiqlalçıların prezident seçkilərindən imtinası başadüşüləndir. Adama sual edərlər ki, sən partiya olaraq 3 ildir özünə bir sədr tapıb seçə bilmirsən, ölkəni idarə etmək niyyətinə, iddiasına necə düşmüsən? Təbii ki, o zaman bu çətin sual qarşısında AMİP-çilər cavab verməkdə çətinılik çəkəcəklər.
AMİP-in seçkilərdən imtina etməsinə göstərdiyi digər bir səbəb qeyd etdiyimiz kimi partiyanın maliyyə imkanlarının olmamasıdır. Bu da gülünc doğuran arqumentdir. Məgər partiyalara seçki mübarizəsinə qoşulmaq üçün hakimiyyət pul da verməlidir? Hansı ki, addım başı bu hakimiyyəti əsassız yerə tənqid edirsiniz.
Ona görə də sizlərin seçkilərdən imtina bəhanənizi heç bir cəmiyyət üzvü normal qəbul etmir, ona inanmır. Yaxşısı bu idi ki, açıq şəkildə seçkidə iştirak etmək gücündə olmadığınızı bəyan edərdiniz. Belə olan halda daha çox hörmət və rəğbət qazanardınız.
Süleyman İsmayılbəyli