Gündəm
Almaniyalı alimlər AzTU-da
Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov şıxışında ölkəmizlə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb.
Ermənilər 89 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub.
“Skripal zəhəri”: Rusiyada bankir necə öldürüldü...
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində istifadə olunan sinir iflicedici vasitədən başqa cinayətdə də istifadə edilib. “Kommersant” qəzeti hadisənin 1995-ci ildə Rusiyada baş verdiyini bildirib. “O zaman cinayətkar bankir İvan Kivilidini və katibəsi zəhərlənmişdi.
Vladimir Jirinovski : "Nazirlər, qubernatorlar həbs edilir, amma bu heç bir effekt vermir"
Rusiyanın bütün regionlarının borclarını bağışlamaq lazımdır. Bunu debatlar zamanı Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
Savçenko Rusiyaya qaçdı - İnanılmaz iddia
Radanın deputatı Nadejda Savçenko Rusiyaya qaçıb. Bunu “LB.ua” saytına müsahibəsində Ukrayna Xalq Cəbhəsi Fraksiyasının sədr müavini Andrey Teteruk deyib. “Savçenko hazırda Strasburqda deyil, o, indi Rusiyadadır. AŞPA vitse-prezidenti Vladimir Aryev də təsdiq edib ki, Savçenko Ukrayna nümayəndə heyətinin tərkibində deyil”, – deyə o bildirib.
ATƏT PA sədri: "Həlli uzanan münaqişələrlə bağlı boşluqlar var"
"ATƏT bütün münaqişələrin həllinə aktiv cəlb olunub. Həmçinin ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və sülh yolu ilə həllin tapılmasıdır". Məlumata görə, bunuATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli deyib.
Eldar Əzizov: “Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var”
"Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir". Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək: "Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır.
Bakıda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir
Bu gün Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransı başlayıb.
ATƏT PA sədri: "Azərbaycan ATƏT-in çox vacib üzvüdür"
"Azərbaycan ATƏT-in çox vacib üzvüdür". Məlumata görə, bunuATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli deyib. O qeyd edib ki, Azərbaycanın ATƏT PA-da çox səmərəli fəaliyyət göstərən nümayəndə heyəti var.
Ötən il 154 mindən çox vergi ödəyicisinin 2,3 mlrd. manatlıq borcu ləğv edilib
2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb. Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.
RİH başçısı: "Bayılda sakinlərə kompensasiyanın verilməsi məsələsi bu həftə həll olunacaq"
"Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır".
Cümhuriyyət ili çərçivəsində "Yurdumuza bahar gəlir" adlı rəsm müsabiqəsi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və “Olaylar” İnformasiya Agentliyinin dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ənənəvi "Yurdumuza bahar gəlir" adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib. Olaylar.az bildirir ki, müsabiqənin yekun sərgisi mart - 15 -də, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Bıçağı görən xoruz dil açdı - VİDEO
Türkiyənin Balıkəsir rayonunun Kepsut qəsəbəsində maraqlı hadisə baş verib. Qəsəbə sakini İbrahim Qırcalı evinə gələn qonaqlar üçün həyətindəki xoruzu kəsmək istəyib.
Türkiyədə avtobus TIR-a çırpıldı: 6 ölü, 19 yaralı
Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan ağır tonnajlı yük maşınına (TIR) arxadan çırpılıb və nəticədə yanğın baş verib.














