Almaniyalı alimlər AzTU-da

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov şıxışında ölkəmizlə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb.

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov şıxışında ölkəmizlə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb. Azərbaycanda son illər həyata keçirilən tədbirlərə, elmin, mədəniyyətin və bununla paralel olaraq sənayenin, iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlara diqqət çəkən Xalıq Yahudov bildirib ki, ölkəmiz müasir inkişaf yolunu seçib. O, regionda sülhün və tolerantlığın qarantı missiyasını yerinə yetirən Azərbaycana qarşı Ermənistanın apardığı işğalçılıq siyasətinin bu missiyaya, dünyada humanizmin bərqərar edilməsinə mane olduğunu vurğulayıb.

Görüş zamanı qonaqlar ölkəmizlə bağlı təəssüratlarını bölüşüblar. ERASMUS+ layihəsinin BTU üzrə rəhbəri, professor Silvo Simon AzTU-dan olan dostları sayəsində Azərbaycanla bağlı geniş təəssürata malik olduğunu qeyd edib. Silvo Simon bildirib ki, BTU AzTU ilə əməkdaşlıqdan məmnundur və bu səfər çərçivəsində əlaqələrin yeni perspektivləri müzakirə olunacaq.

Daha sonra qonaqlar AzTU-nun "Nəqliyyat" və "Maşınqayırma" fakültələrinin tələbələrindən ibarət komandanın "Ecoshell Marafon" beynəlxalq yarışmasında təmsil olunmasını təklif ediblər. Bildirilib ki, bununla bağlı BTU azərbaycanlı tərəfdaşlarına hər cür dəstək göstərməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31