Savçenko Rusiyaya qaçdı - İnanılmaz iddia
Radanın deputatı Nadejda Savçenko Rusiyaya qaçıb. Bunu “LB.ua” saytına müsahibəsində Ukrayna Xalq Cəbhəsi Fraksiyasının sədr müavini Andrey Teteruk deyib. “Savçenko hazırda Strasburqda deyil, o, indi Rusiyadadır. AŞPA vitse-prezidenti Vladimir Aryev də təsdiq edib ki, Savçenko Ukrayna nümayəndə heyətinin tərkibində deyil”, – deyə o bildirib.
13 Mart 2018 11:13 DünyaRadanın deputatı Nadejda Savçenko Rusiyaya qaçıb. Bunu "LB.ua" saytına müsahibəsində Ukrayna Xalq Cəbhəsi Fraksiyasının sədr müavini Andrey Teteruk deyib. "Savçenko hazırda Strasburqda deyil, o, indi Rusiyadadır. AŞPA vitse-prezidenti Vladimir Aryev də təsdiq edib ki, Savçenko Ukrayna nümayəndə heyətinin tərkibində deyil", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Təhlükəsizlik Xidməti Savçenkonu Əsirlərin Azadedilmə Mərkəzinin həbs edilən rəhbəri Vladimir Rubanın cinayət işi üzrə dindirilməyə çağırıb. Lakin Savaçenko həmin gün ölkəni tərk edib. Axar.az