Gündəm
Türkiyənin beynəlxalq sulara çıxışı bağlandı
Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir. Afina ötən həftə 6 mart-30 aprel tarixlərində Egey dənizində real sursatlarla hərbi təlimlər keçirəcəyini açıqladı. Yunanıstanın açıqlamasına görə, təlimlər üçün Çanaqqala boğazı, Çeşmə, Quşadası, Fethiye və Kaşın qarşısındakı bölgələr seçilib. Beləliklə, Türkiyə gəmilərinin beynəlxalq sulara çıxışı uzun müddət bağlanmış olacaq.
Azərbaycan prezidenti Rumıniya baş nazirinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Rumıniya baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Rasim Musabəyov: “Artıq çoxtərəfli əməkdaşlıq baş tutur”
“Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü onu deməyə əsas verir ki, artıq çoxtərəfli əməkdaşlıq baş tutur”. Bunu politoloq Rasim Musabəyov deyib.
Politoloq: “ABŞ-ın istəklərinə rədd cavabı da verilə bilər”
“Rəsmi Bakının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-a nota verməsi düşünmürəm ki, Azərbaycanla ABŞ-ın münasibətlərini pozacaq”. Bunu politoloq Rasim Musabəyov deyib.
Əbülfəs Qarayev "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərəin "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüş keçirib.
Milli Təcrübə Forumu keçirilib
“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Milli Təcrübə Forumu” layihəsi baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbir müddətindəAzərbaycan Respublikasının dövlət himni səsləndirilib. Layihə haqqında “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı məlumat verib. Daha sonra Brandup agentliyinin direktoru Tamerlan İsmayilov, Phi gallery və Panda School- un təsisçisi Elvin Dadaşsoy, təlimçi Anar Məmmədov və Malik Bağırovun təqdimatı baş tutub. Forum müddətində panel və ictimai müzakirələr, vorkşoplar, təqdimatlar həyata keçirilib, uğurlu gənc sahibkar və uğurlu startup layihə modelləri təqdimatları təşkil olunub.
Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.
Daha iki yaşayış məntəqəsinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2018-ci ildə də davam etdirilməkdədir. “OLAYLAR” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinə ilk dəfə təbii qaz verilib.
Təlimlərdə qoşunlar gecə vaxtı yerdəyişməni icra edib
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, keçirilən təlimlərin rəhbərinin qərarına əsasən qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.
Şahdağda 41 sm hündürlükdə qar yağdı - FAKTİKİ HAVA
Martın 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə. əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.
“Eurovision” mahnımız tənqid olunmuşdu... - Dəyişdirilir
Müğənni Aysel Məmmədovanın “Eurovision” üçün ifa etdiyi “X my heart” adlı mahnısında dəyişiklik edilir. Bu barədə sənətçinin özü müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan”a açıqlamasında bildirib.
Reyd zamanı antisanitar vəziyyət aşkarlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.
İlham Əliyev Monteneqro nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Super Liqa təxirə salındı - ŞOK SƏBƏB
PAOK və AEK komandaları arasında yaşanan qalmaqaldan sonra Yunansıtan Super Liqasının oyunları təxirə salınıb. Ölkənin idman naziri Aleksis Çipras təcili toplantı təşkil edib və liqaya fasilə verildiyini açıqlayıb. Oyunların nə zaman başlayacağına daha sonra qərar veriləcək. Bu müddət ərzində Yunanıstan futbolunda radikal dəyişikliklərə gediləcək.
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş qayıqdakı balıqçılar xilas edilib
Bu il martın 12-də Astara reydində fırtınalı hava şəraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.




.jpg)









