Əbülfəs Qarayev "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərəin "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüş keçirib.
13 Mart 2018 11:54 MədəniyyətMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərəin "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüş keçirib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya muzeyləri arasında əməkdaşlığın qurulması, birgə layihələrin təşkili müzakirə edilib. Xüsusi hazırlanmış mədəni proqram çərçivəsində E.Pagella səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Yarat Müasir İncəsənət Mərkəzi ilə tanış olub, bununla bağlı görüş zamanı məmnuniyyətini ifadə etmiş və əməkdaşlığa dair müvafiq təkliflərini bildirib.
Nazir Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində aparılan fəaliyyətlər barəsində məlumat verib və Nazirlik tərəfindən yeni təkliflərin həyata keçirilməsinə dair aparılan işlər barəsində danışıb. Sonda E.Pagella Azərbaycan nümayəndə heyətini Turin şəhərində yerləşən muzeyləri, restavrasiya mərkəzlərini və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.