Gündəm
Sulu qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
31 mart azərbaycanlıların soyqırım günü ilə bağlı tədbirlər keçirilir
“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. “OLAYLAR” xəbər verir ki, müvafiq əmr ilə təsdiqlənmiş “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı”na əsasən, mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilir. Bundan başqa, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir.
Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir
“Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir. Amma bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır”.
Ev sahibi yanğında həlak oldu
Qubada ölümlə nəticələnən yanğın hadisəsi baş verib. “Olaylar” FHN-ə istinadən xəbər verir ki, rayonun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.
Deputat: “Onların haqqı yoxdur ki, təhqir, böhtan, aşağılama, şantaj tonunda danışsınlar”
Azərbaycanda “Tarixi şəxsiyyətlər haqqında”, ümumiyyətlə, şəxsiyyətlərlə bağlı qanun layihəsinin hazırlanmasına, parlament müzakirəsinə çıxarılmasına və qəbul edilməsinə böyük ehtiyac duyulur. Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru Jalə Əliyeva son zamanlar Azərbaycanın böyük ziyalılarının, mütəfəkkirlərinin, tarixi şəxsiyyətlərinin mediada və xüsusilə sosial şəbəkələrdə özlərini yaradıcı şəxslər, “novator”, “avanqard”, “modernist” adlandıran bir qrup gənc tərəfindən təhqir hədəfinə çevrilməsinə münasibət bildirərkən deyib.
Zülfiyyə Xanbabayeva ilk dəfə bacısını göstərdi - FOTO
Xalq artisti Zülfiyyə Xanbabayeva bacısının şəklini paylaşıb. Məlumata görə, müğənni İradə xanımı ad günü münasibətilə təbrik edib. Xanbabayeva şəklə “Ana əvəzim, nur üzlü canım bacım” şərhini yazıb.
Əkizlərdən oriental şou - VİDEO
Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərovaların sosial şəbəkədə maraqlı videosu yayılıb. Görüntülərdə bacılardan birinin oriental rəqsi əks olunub. Səfərovanın xına mərasimindəki rəqsi hər kəsin diqqətini çəkib. Sözügedən kadrlar instaqramda paylaşılıb və müzakirələrə səbəb olub.
ABŞ və Türkiyə razılaşdı – “Yol xəritəsi” HAZIRLANIR
“YPG Münbicdən çəkildikdən sonra Türkiyə və ABŞ əsgərləri təhlükəsizliyi birgə təmin edəcək”. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq.
Metroda biabırçılıq: Gənclər öpüşdü, dava düşdü - VİDEO
Azərbaycanlı müğənnidən ETİRAF: "Həyat yoldaşımdan ayrılsam da, oğluma görə danışırıq"
Türkiyədə yaşayan azərbaycanlı müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb. Müğənni oğluna görə həyat yoldaşı ilə münasibətlərini tam kəsmədiyini bildirib: "25 ildir ki, Türkiyədə yaşayıram. Ara-sıra Azərbaycana gedib-gəlirəm.
Mehriban Xanlarova: "Bəli, mən kasıbam Kasıb olmağımdan utanmıram"
“Həqiqətləri dediyim üçün hər kəsin xoşuna gəlməyə bilərəm. Amma kiminsə xoşuna gəlmək üçün yalanlar danışmıram”. Məlumata görə, bu sözləri əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb.
Milli Məclis martın 30-da xüsusi iclas keçirəcək
Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclası keçiriləcək. “Olaylar”ın məlumatına görə, xüsusi iclasda soyqırım ilə bağlı qərar layihəsi qəbul ediləcək. Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək.
Bahar Muradova: “Azərbaycan deklorativ bəyanatlar verən ölkələrdən deyil”
“Mən tədbirdə iştirak edən ATƏT Parlament Assambıleyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, Assambleyanın bütün imkanları hesabına belə bir qrupun yaradılmasına qoşulublar. Çindən başlayan İpək Yolu Avropanın ən ucqarlarına qədər gedib çıxır. Azərbaycan ATƏT PA-nın üzvü olaraq belə tədbirlərin təşkil edilməsi vasitəsi ilə ATƏT regionunda sülhə, təhlükəsizliyə töhfə vermək istədiyini sübut edib”.
Azay Quliyev: “Bakı Bəyannaməsi qəbul olunacaq”
Martın 13-də Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir. “Olaylar” xəbər verir ki, konfransın moderatoru ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev tədbirin Milli Məclisin ev sahibliyi ilə keçirildiyini bildirib.














